• şənbə, 20 Aprel, 12:17
  • Baku Bakı 23°C

Venger bir söz deyir, “Bavariya” başqa söz

08.11.19 13:15 879
Venger bir söz deyir, “Bavariya” başqa söz
Arsen Venger bildirib ki, "Bavariya”dan heç bir təklif almayıb.
Kaspi.az xəbər verir ki, Venger "Bavariya”nın baş məşqçi postuna namizəd olması ilə bağlı suala cavab verərkən, vurğulayıb ki, Münhen klubunun rəhbərliyi ilə heç bir təması olmayıb.
Ancaq "Bavariya” rəhbərliyi tamamilə başqa açıqlama yayıb. Klubdan verilən açıqlamada bildirilir ki, Arsen Venger Karl-Haynts Rummeniggeyə zəng edərək xidmətini təklif edib.
Ancaq Rummenigge Vengerə bildirib ki, onun xidmətində maraqlı deyillər.
banner

Oxşar Xəbərlər