“Təəccüblü idi ki, həyat yoldaşını klubda işə düzəltməmişdi”

“Təəccüblü idi ki, həyat yoldaşını klubda işə düzəltməmişdi”

İdman
06 Sentyabr 2019, 17:37 340
"Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin ser Aleks Ferqyusonu ittiham edib. 
 
Kaspi.az xəbər verir ki, Kin Aleksin yalan danışdığını bildirib. O, Ferqyusonun MY-də öz maraqlarını təmin etdiyini vurğulayıb: 
 
"Həmin gün klubun ofisini tərk edəndə düşünmürdüm ki, bu, MY karyeramın sonudur. Amma mən dözmək fikrində deyildim. Fərqi yox idi mənə qarşı kim dayanmışdı – Ferqyuson, yoxsa Roma Papası. 
 
Sonra Ferqyuson mənə dedi ki, hər şeyi "Mançester Yunayted” naminə edir. Amma o, yalan danışırdı. Onun oğlu Darren MY-də oynadı və İngiltərə çempionu oldu. Onun bəxti gətirmişdi. 
 
Ferqyusonun qardaşı da uzun illər klubun baş skautu olub. Təəccüblü idi ki, Ferqyuson həyat yoldaşını klubda işə düzəltməmişdi. 
 
Sonralar Darren "Preston Nort”u çalışdırdı və qovuldu. Onun komandasında MY-dən icarəyə götürülmüş bir neçə gənc vardı. Darren qovulan günün səhərəisi bilirsiniz nə oldu? Onları "Preston”dan geri çağırdılar. Belə yanaşma daha yaxşı MY üçün idi? Bağışlayın”.