• cümə, 29 Mart, 18:30
  • Baku Bakı 14°C

Son oyununa Bakıda çıxan məşhur futbolçu xokkeyçi oldu

10.10.19 11:07 644
Son oyununa Bakıda çıxan məşhur futbolçu xokkeyçi oldu
Məşhur çexiyalı qapıçı Peter Çex yenidən idmana qayıdır.
Kaspi.az xəbər verir ki, "Arsenal”ın və "Çelsi”nin sabiq qapıçısı bu dəfə bacarığını xokkeydə göstərəcək. O, İngiltərənin 4-cü divizionunda çıxış edən "Qilford Feniks”lə müqavilə bağlayıb. Çex bu komandanın qapısını qoruyacaq. Çex məsələyə belə münasibət bildirib:
"Feniks”də oynayacağıma görə çox şadam. Ümid edirəm ki, bu gənc komandaya köməyim dəyəcək. 20 illik futbolçu karyerasından sonra özümü xokkeydə də sınamaq maraqlı olacaq”.
Peter Çexin futbolda sonuncu oyunu Bakıda olub. O, Avropa Liqasının finalında "arsenal”ın heyətində "Çelsi”yə qarşı oynayıb və komandası məğlub olub – 1:4.
banner

Oxşar Xəbərlər