• cümə, 19 Aprel, 17:02
  • Baku Bakı 25°C

Serbiya - Albaniya oyunu ilə bağlı qərar: 100 min avro, 3 xal

24.10.14 14:49 1108
Serbiya - Albaniya oyunu ilə bağlı qərar: 100 min avro, 3 xal
UEFA Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya matçındakı insidentlə bağlı yekun qərarını açıqlayıb. Ali futbol qurumu Albaniyaya texniki məğlubiyyət verib. Serbiya yığması da cəzasıb qalmayıb. UEFA serblərin 3 xalını silib. Bundan əlavə, hər iki milliyə 100 min avro məbləğində cərimə kəsilib.
Xatırladaq ki, Serbiya – Albaniya görüşünün 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə Albaniya bayrağı meydana endirilib. Nəticədə hər iki komandanın futbolçuları arasında gərginlik yaşandığından, baş hakim oyunu yarımçıq dayandırıb.
banner

Oxşar Xəbərlər