• bazar ertəsi, 07 iyul, 03:27
  • Baku Bakı 26°C

Ronaldodan üzr istədi

07.11.19 12:15 902
Ronaldodan üzr istədi
"Yuventus”un futbolçusu Aaron Remsi komanda yoldaşı Kriştiano Ronaldodan üzr istəyib.
Kaspi.az xəbər verir ki, Remsi "Lokomotiv”lə oyunda Ronaldonun zərbəsindən sonra qapıya gedən topa toxunduğu üçün üzr istəyib. O, həmin epizodu belə şərh edib:
"Kriştianodan üzr istəyirəm. Amma həmin məqamda daxilimdən gələn bir səs dedi ki, topa toxunmaq lazımdır. Yəqin ki, bu, karyeramın ən qəribə qoludur.
Təəssüf ki, mövsümün əvvəlindəki təlim-məşq toplanışını zədəyə görə buraxmalı olmuşdum. İndi isə özümü əla hiss edirəm. Ümid edirəm ki, bundan sonra komandama daha çox yardım edə biləcəyəm.
Qarşıda bizi çox iş gözləyir. Ancaq ilkin tapşırığı yerinə yetirmişik, qrupdan çıxmağı bacarmışıq”.
banner

Oxşar Xəbərlər