“Real” Avropa Komissiyasına qalib gəldi, 20 milyonu qaytardı

“Real” Avropa Komissiyasına qalib gəldi, 20 milyonu qaytardı

İdman
23 May 2019, 12:15 164
"Real”ın Avropa Məhkəməsində Avropa Komissiyasına qarşı qaldırdığı iş yekunlaşıb. 
 
Kaspi.az xəbər verir ki, "kral klubu”nun iddiası təmin olunub. "Real” məhkəmədə Avropa Komissiyasına qalib gəlib. 
 
"Real” 1998-ci ildə Madridin Las Tablas rayonunda 448 min avroya torpaq sahəsi alıb. 2011-ci ildə isə onu 22 milyon avroya satıb. 
 
"Kral klubu” bunun müqabilində "Santyaqo Bernabeu”ya yaxın ərazidə torpaq sahəsi alıb və orda hotel, ticarət mərkəzi tikməyi planlaşdırıb. 
 
2016-cı ildə Avropa Komissiyası bu əməliyyatı dövlət yardımı kimi dəyərləndirib. "Real” məhkəməyə üz tutub və qalib gəlib. 
 
İndi şəhər soveti "kral klubu”na 18,4 milyon avro, üstəlik, 2 milyon avro faiz qaytarmalı olacaq. Avropa Komissiyası isə "Real”ın məhkəmə xərclərini ödəyəcək.