• cümə, 29 Mart, 02:51
  • Baku Bakı 7°C

“Qalatasaray” onu qovdura bilər

21.10.19 12:07 569
“Qalatasaray” onu qovdura bilər
Çempionlar Liqasının 3-cü turunda "Qalatasaray”la keçiriləcək oyun "Real”ın baş məşqçisi Zinəddin Zidan üçün sonuncu ola bilər.
Kaspi.az xəbər verir ki, "Real” bu qarşılaşmada məğlub olsa, Zinəddin Zidanın istefaya göndərilmə ehtimalı artacaq. Məlumata görə, "Real”ın prezidenti Florentino Peres artıq bu barədə klub rəhbərliyi ilə söhbət edib.
İspaniya mətbuatının iddiasına görə, Zidanı əvəz edəcək şəxs də bəllidir. Peres Joxe Mourinyonu "Real”a qaytarmaq niyyətindədir. Hətta onunla danışıqların başladığı da bildirilir.
"Real” ÇL-də keçirdiyi ilk 2 oyunda cəmisi 1 xal toplayıb.
banner

Oxşar Xəbərlər