Onu sakitləşdirmək üçün paltardəyişmə otağına gediblər

Onu sakitləşdirmək üçün paltardəyişmə otağına gediblər

İdman
04 Noyabr 2019, 12:22 405
"Everton”un futbolçuları "Tottenhem”lə qarşılaşmadan sonra rəqibin paltardəyişmə otağına gediblər. 
 
Kaspi.az xəbər verir ki, "Everton”lular "Tottenhem”in futbolçusu Son Hın Mini sakitləşdirmək üçün bu addımı atıblar. Son Hın Min qarşılaşmanın sonuna yaxın uğursuz sürüşmə fəndi etdiyi üçün "Everton”un futbolçusu Andre Qomeşin ayağını sındırmışdı. 
 
Koreyalı futbolçu bundan çox təsirlənib. O, göz yaşlarını saxlaya bilməyib. Hətta komanda yoldaşları da onu sakitləşdirə bilməyiblər. 
 
"Everton”un futbolçuları da durumu nəzərə alaraq paltardəyişmə otağına gedərək Sona təsəlli veriblər. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.