Ona da heykəl qoyulacaq
"Los-Anceles
Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviçə heykəl ucaldılacaq.
Kaspi.az xəbər
verir ki, İbraya büst vətəni İsveçdə qoyulacaq. Heykəlin sifarişçisi İsveç
Futbol Assosiasiyasıdır.
Bürünc heykəl
hücumçunun doğma şəhəri Malmödə yerləşdiriləcək. Heykəlin hündürlüyü 2,7 metr,
çəkisi 500 kq olacaq.
Heykəlin
"Malmö”nün köhnə və yeni stadionları arasındakı meydanda qoyulacağı gözlənilir.
İbra mətbuata verdiyi açıqlamada federasiyanın bu qərarından məmnun olduğunu
bildirib.