AZE | RUS | ENG |

Mxitaryanın “Qəbələ“yə qarşı oynamasına münasibət bildirilib

Mxitaryanın “Qəbələ“yə qarşı oynamasına münasibət bildirilib
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində C qrupunda “Qəbələ”nin rəqiblərindən biri də Dortmundun “Borussiya” klubu olacaq.

Apasport.az saytının məlumatına görə, püşkün nəticəsi bəlli olduqdan sonra müzakirə olunan əsas məsələlərdən biri də dortmundluların erməni futbolçusu Henrik Mxitaryanın komandası ilə birlikdə Bakıya gəlib-gəlməyəcəyi idi.

Bu barədə püşkatmadan dərhal sonra təşkil olunmuş mətbuat konfransında UEFA prezidenti Mişel Platiniyə sual ünvanlanıb.

Əvvəlcə suala cavab verən qitənin ali futbol qurumunun baş katibi Cianni İnfantino “Çalışacağıq ki, o, “Qəbələ” ilə Azərbaycandakı oyunda oynasın” – deyib.

Daha sonra isə Mişel Platini də erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946