Messi üçün “qəfəs” hazırlayır
Fevralın 25-də
"Napoli” Çempionlar Liqasının 1/8 finalında "Barselona” ilə ilk qarşılaşmaya
çıxacaq.
Kaspi.az xəbər
verir ki, "Napoli”nin baş məşqçisi "Barselona” üçün bir neçə sürpriz
hazırlayıb. Qattuzunun əsas planı "Barsa”nın lidero Leonel Messini zərəsizləşdirməkdir.
O, Leo üçün
meydanda "qəfəs” yaratmağı düşünür. "Napoli”nin futbolçuları Messinin olduğu
mövqelərdə çoxluq təşkil etməlidirlər. Onlar Leo ilə "Barsa”nın futbolçuları
arasındakı əlaqələri maksimum kəsməyə cəhd göstərməlidirlər.
Qattuzo bu
minvalla "Barselona”nın hücum potensialını azaltmağı planlaşdırır. Ola bilsin
ki, "Napoli”nin bir neə futbolçu eyni anda Messiyə nəzarət edəcəklər.