• cümə axşamı, 25 aprel, 11:16
  • Baku Bakı 14°C

Messi müqaviləni uzatmayacaq

12.11.19 12:30 741
Messi müqaviləni uzatmayacaq
"Barselona”nın futbolçusu Lionel Messi cari mövsümün sonunda yeni müqavilə bağlamayacaq.
Kaspi.az xəbər verir ki, Messinin müqaviləsi 2021-ci ilin yayında başa çatır. Ancaq klub rəhbərliyi bu mövsümün sonunda onunla yeni müqavilə bağlamaq niyyətindədir.
Amma Leo buna hazır deyil. O, hazırkı müqavilənin sonuna qədər "Barselona”da qalacaq. Yeni müqavilə ilə bağlı qərarı da məhz 2021-ci ildə verməyi planlaşdırır.
Messi həmin vaxt fiziki durumuna və oyun keyfiyyətinə əsaslanaraq qərar vermək niyyətindədir.
Messi cari mövsüm İspaniya çempionatında 7 oyun keçirib, 8 qol vurub, 4 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər