Linekerin oğlunu Afrikada öldürmək istəyiblər
İngiltərə yığmasının sabiq
hücumçusu Qari Linekerin oğlu Harri ölümdən son anda qurtlub.
Kaspi.az xəbər verir ki, Harri Syerra-Leone ilə Liveriya yığmaları
arasında keçirilən qarşılaşmadan sonra yaşanan ixtişaşın qurbanı ola bilərmiş.
Bu barədə Qari Lineker özü məlumat verib:
"Oğlum Harri Syerra-Leonedə bir neçə gün keçirib. O, Liberiya ilə
oyunda çəkiliş edirmiş. Paltardəyişmə otağını, fanatları çəkib.
Oyundan sonra ixtişaş başlayıb. İnsanlar daş atırmışlar. Dəhşətli
məqam imiş. Harri həyatını itirə bilərmiş.
50-60 nəfərlik bir qrup onun paltarlarını soyundurub, kamera və
telefonunu, pulunu alıb. Harri çox qorxub. O, əlində şit olan mühafizəçinin
arxasında gizlənməklə həyatını xilas edə bilib.
Məhz həmin mühafizəçi Harrini xilas edərək təhlükəsiz yerə aparıb.
Artıq hər şey qaydasındadır və o, evə qayıdır”.
Syerra-Leone Liberiyaya :0 hesabı ilə alib gəlib. Ancaq növbəti
mərhələyə adlamaq üçün daha bir qol lazım idi. Qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə
kapitan penaltini yerinə yetirə bilməyib və bundan sonra ixtişaş başlayıb.