• şənbə, 20 Aprel, 12:18
  • Baku Bakı 23°C

Karateçilərimiz Avstriyada qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar

01.03.20 13:15 1042
Karateçilərimiz Avstriyada qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar
Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate 1” Premyer Liqa turnirinin sonuncu yarış günündə karateçilərimiz qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar.
AZƏRTACxəbər verir ki, karateçilərimizdən Rafiz Həsənov (67 kq) finalda qızıl medal uğrunda döyüşəcək. Həlledici qarşılaşmada onun rəqibi İtaliya təmsilçisi Luka Mareska olacaq. Kumite yarışlarında digər karateçilərimiz Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar. A.Mamayev Daniyar Yuldaşev (Qazaxıstan), A.Qurbanlı Mahmud Tarek (Misir), İ.Zaretska Linqlinq Tanq (Çin) ilə güclərini sınayacaqlar.
Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş "Karate 1” Premyer Liqa turnirində iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.
Premyer Liqa turnirinə bu gün yekun vurulacaq.
banner

Oxşar Xəbərlər