• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

İtaliyada I Avropa Oyunlarının təqdimatı keçirilib

04.11.14 16:38 1423
İtaliyada I Avropa Oyunlarının təqdimatı keçirilib
İtaliyada 2015-ci ildə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, İtaliyanın Paestum şəhərində XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) çərçivəsində 2015-ci ildə ölkəmizdə təşkil olunacaq Birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Nazirlik və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə baş tutan mərasim çərçivəsində oyunların təşkili ilə bağlı film nümayiş etdirilib, iştirakçılara müxtəlif növdə təşviqat məhsulları paylanılıb.
XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" çərçivəsində Azərbaycan Respublikasının "rəsmi qonaq ölkə" statusunda iştirakı ilə bağlı ətraflı məlumatları http://www.borsaturismoarcheologico.it/en/ elektron səhifəsindən əldə etmək mümkündür.
banner

Oxşar Xəbərlər