• cümə, 29 Mart, 04:14
  • Baku Bakı 7°C

Foqts “Neftçi”ni təbrik etdi

15.05.13 18:35 1516
Foqts “Neftçi”ni təbrik etdi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının qalibi “Neftçi”ni ardıcıl 3-cü çempionluq münasibətilə təbrik edib. Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis “affa.az”a müsahibəsində flaqmana Çempionlar Liqasında uğurlar arzulayıb.
Foqts deyib: “Artıq əksər çempionatlar finiş xəttinə yaxınlaşmaqdadır və bir sıra ölkələrdə çempion komandalar müəyyənləşib. Dünən "Qəbələ" ilə səfər oyununda vacib 1 xalı əldə edən "Neftçi" növbəti dəfə Azərbaycan çempionu adını qazandı. Sona bir tur qalmış çempionluğunu rəsmiləşdirən "Neftçi" ardıcıl üçüncü dəfə bu nailiyyətə imza atmaqla son illərdə sabit çıxış etdiyini, qazanılan nəticələrin təsadüfi olmadığını bir daha sübuta yetirdi. Klubun rəhbərliyini, məşqçi heyətini, futbolçularını və azarkeşlərini növbəti çempionluq münasibətilə təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar arzulayıram”.
banner

Oxşar Xəbərlər