• çərşənbə, 24 Aprel, 00:13
  • Baku Bakı 14°C

FİFA referisi “Bakı“nın baş məşqçisi kimi çalışacaq

15.05.13 16:41 1590
FİFA referisi “Bakı“nın baş məşqçisi kimi çalışacaq
Bu gün İtaliyada çimərlik futbolu üzrə klublar arasında Avropa Kubokuna start verilir. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi “Bakı” təmsil edir.
Komandamızın ilk rəqibi yerli “Terraçin” klubu olacaq. Qrupun digər oyununda isə Polşanın “Qrembax” kollektivi Litvanın “Kreyssu” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, paytaxt klubu bu görüşə 12 oyunçu ilə yollanıb:
Qapıçılar: Vüqar Allahverdiyev, Vaqif Şirinbəyov, Elçin Qasımov;
Müdafiəçilər: Sahib Məmmədov, Əli Hüseynov;
Yarımmüdafiəçilər: Nahid Mehrəliyev, Namiq İsgəndərov, Comərd Baxşəliyev;
Hücumçular: Zeynal Zeynalov, Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov.
Komandamızın baş məşqçisi isə çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyevdi.
banner

Oxşar Xəbərlər