Fanatlar polisə qarşı birləşdilər

Fanatlar polisə qarşı birləşdilər

İdman
09 Dekabr 2019, 12:33 112
Rusiya çempionatının 19-cu turunda azarkeşlər qeyri-adi aksiya keçiriblər. 
 
Kaspi.az xəbər verir ki, bütün klubların fanatları qərar qəbul ediblər ki, qarşılaşmaların 30-cu dəqiqəsində stadionu tərk etsinlər. Onlar bununla polisin fanatlara qarşı zorakılığına etirazlarını bildiriblər. 
 
Azarkeşlə bu aksiyaya "Zenit”in futbolçusu Artom Dzyubanı təhqir edən fanatın stadiona girişinə qadağa qoyulduqdan sonra qərar veriblər. Fanatların bəyanatında deyilir, "30-cu dəqiqədə hamı stadionu tərk etsin və onlar görsünlər ki, futbol, bizsiz necə olur”. 
 
Aksiya demək olar ki, baş tutub Bütün qarşılaşmalarda fanatlar 30-cu dəqiqədən sonra arenanı tərk ediblər.