• şənbə, 20 Aprel, 07:10
  • Baku Bakı 14°C

Çempionlar Liqasının finalını o idarə edəcək

20.05.13 13:50 1512
Çempionlar Liqasının finalını o idarə edəcək
“Borussiya” Dortmund - “Bavariya” oyununu Nikola Ritsoli idarə edəcək.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, italiyalı referi Nikola Ritsoli Çempionlar Liqasının finalının baş hakimi olacaq.
41 yaşlı referi 2007-ci ildən beynalxalq oyunları idarə edir. 2010-ci ildə Avropa Liqasının finalında, “Fulhem” ilə “Atletiko” Madrid oyununda baş hakim olmuşdu. Bundan əlavə, 2012-ci ildə Avropa çempionatının 3 oyununu idarə edib.
“Malaqa” ilə “Portu”nun cavab görüşünü də nəzərə alsaq,Ritsoli Çempionlar Liqasında cəmi 26 oyun idarə edib.
Qeyd edək ki, Çempionlar Liqasının finalı 25 mart Londonun “Uembley” stadionunda olacaq.
banner

Oxşar Xəbərlər