• çərşənbə, 24 Aprel, 12:30
  • Baku Bakı 27°C

Dünya çempionatı: ilk oyunun qalibi Braziliya oldu

13.06.14 08:02 1313
Dünya çempionatı: ilk oyunun qalibi Braziliya oldu
Apasport.az saytının məlumatına görə, 4 ildən bir keçirilən mundiala böyük maraq var.
Mundialın açılış oyunu meydan sahibləri ilə Xorvatiya yığması arasında keçirilib. Pentakampeonlar qrupda ən çətin rəqibi ilə qarşılaşıb. Amma Braziliya ilk görüşündə xal itirməyib. Oyun braziliyalıların öz qapılarına avtoqolu ilə başlayıb. Amma Braziliya yığması özünü itirməyib və xorvatların qapısından 3 qol keçirib. Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Bu qrupun digər görüşü isə bu gün saat 21:00-da baş tutacaq. 2 yaşıl formalı komanda – Meksika ilə Kamerun qrup ikincisi olmaq üçün bu görüşdə mütləq qələbə qazanmağa çalışacaq.
13 iyun
A qrupu
Braziliya – Xorvatiya - 3:1
Qol: Neymar, 29; 71 (pen); Oskar, 90+ - Marselo (avtoqol), 11
banner

Oxşar Xəbərlər