• cümə axşamı, 18 aprel, 23:27
  • Baku Bakı 21°C

“Bu komandada oynamaq istəməyən özünü həkimə göstərməlidir”

29.06.20 14:30 725
“Bu komandada oynamaq istəməyən özünü həkimə göstərməlidir”
"Liverpul”un sabiq qapıçısı Bryus Qrobbelar komandanın gücü barədə danışıb.
Kaspi.az xəbər verir ki, Bryus bildirib ki, istənilən futbolçu bu "Liverpul”da oynamağı arzulamalıdır. O, Kilian Mbappenin "Liverpul”a keçə biləcəyi ilə bağlı yayılan məlumata da münasibət bildirib:
"Mbappe "Enfild”ə gəlsə, ilk növbədə özünün sübut etməli olacaq. Vəziyyətin necə olacağı barədə dəqiq fikir bildirmək olmaz. Bu, Kloppdan da asılıdır. Ola bilsin ki, yeni mövsümdə təzə nəsə ortaya qoysun.
İndi istənilən futbolçu "Liverpul”da oynamağa can atır. Ona görə ki, biz çempionuq. Bura gələn futbolçu dərhal əsas heyətdə yer tələbə edə bilməz.
Həmin futbolçu ilk növbədə oyun keyfiyyətini bir qədər də artırmalıdır. Bu komandada oynamaq istəməyən futbolçu isə özünü həkimə göstərməlidir”.
banner

Oxşar Xəbərlər