• cümə, 29 Mart, 10:30
  • Baku Bakı 5°C

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulacaq

14.02.21 14:30 1301
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulacaq
Fevralın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək daha iki oyunla tura yekun vurulacaq.
Kaspi.az xəbər verir ki, saat 15:00-da başlayacaq birinci görüşdə "Qələbə” komandası doğma meydanda "Keşlə” klubunu qəbul edəcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Hazırda çempionatda beşinci sırada qərarlaşan "Qəbələ”nin 15 xalı var. Aktivində 13 xal olan "Keşlə” isə autsayderlər qrupundan çıxmaq üçün mütləq xan qazanmalıdır.
Tura saat 17:00-da başlayacaq "Zirə” – "Sabah” oyunu ilə yekun vurulacaq. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.
Bu oyunun nəticəsi "Zirə”nin turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. Hazırda 23 xalı olan komanda üçüncü yerdədir. Aktivində 13 xal olan "Sabah” isə top fərqinə görə çempionatda sonuncu pillədə qərarlaşıb. (Azərtac)
Xatırladaq ki, ötən gün oynanılan görüşlərdə "Neftçi” komandası rəqib meydanında "Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək çempionatda liderliyi ələ keçirib. Aktivində 30 xal olan flaqman "köhlən atlar”ı bir xal qabaqlayır.
Digər oyunda isə "Sumqayıt” klubu "Səbail”in qapısından üç cavabsız top keçirib. Bununla da "Gənclik şəhəri”nin təmsilçisi xal ehtiyatını 22-yə çatdırıb. Onun dördüncü sıradakı yeri dəyişməz olaraq qalıb. "Səbail” komandası isə 13 xalla altıncı pillədədir.
banner

Oxşar Xəbərlər