• cümə axşamı, 28 mart, 17:02
  • Baku Bakı 16°C

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb

12.11.19 12:15 724
Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, çempionatın beşinci günündə azərbaycanlı idmançı, Paralimpiya çempionu Oloxan Musayev yarışlara qatılıb.
F56 kateqoriyasında lövhəatma yarışında paralimpiyaçımız 41,58 metrlik nəticə göstərib. Yarışda dördüncü yerə çıxan O.Musayev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, Tokio paralimpiadasına lisenziya qazanan Azərbaycan idmançıların sayı 7-yə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl eyni yarışda daha iki paraatletimiz - Kamil Əliyev və Samir Nəbiyev də yüksək nəticə göstərərək "Tokio 2020"yə lisenziya əldə etmişdilər.
banner

Oxşar Xəbərlər