AZE | RUS | ENG |

Azərbaycan taekvondoçusu Yaponiyada təşkil edilən Qran-pri turnirinin qalibi olub

Azərbaycan taekvondoçusu Yaponiyada təşkil edilən Qran-pri turnirinin qalibi olub
Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.
 
AZƏRTAC xəbər verir ki, G4 kateqoriyalı yarışın sonuncu günündə - sentyabrın 15-də 80 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Olimpiya mükafatçımız bütün rəqiblərinə qalib gəlib.
 
İkiqat dünya çempionumuz fransalı İsmail Souhil, ispaniyalı Daniel Barrera və italiyalı Simon Allesionu mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetlə döyüşdən də qalib ayrılan təmsilçimiz həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da məğlub edib. O, bununla aktivinə 40 reytinq xalı yazdırıb.
 
Sentyabrın 14-də digər taekvondoçumuz Radik İsayev (80 kq) yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.
Beləliklə, Qran-pridə səkkiz taekvondoçu ilə təmsil olunan Azərbaycan yığması turniri iki medalla başa vurub. M.Harçeqanidən əvvəl Olimpiya çempionu Radik İsayev üçüncü yeri tutub.
 
Qeyd edək ki, Qran-pri turnirlərinin növbəti mərhələsi oktyabrın 18-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Yarışın final mərhələsi isə dekabrın 6-7-də Moskvada təşkil olunacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908