AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan millisinin sabiq baş məşqçisi zorlamada ittiham olunur

Azərbaycan millisinin sabiq baş məşqçisi zorlamada ittiham olunur

İdman
11 İyun 2014, 15:17 917
Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher yetkinlik yaşına çatmayan bir neçə qızı zorlamada ittiham olunur.

Apasport.az-ın verdiyi xəbərə görə, bu barədə Vyana prokurorluğundan açıqlama verilib: “İstintaq hələ Peter Zayzenbaheri dindirməyib. Onunla bağlı müəyyən şübhələrimiz var. Bu işlə bağlı bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək”.

Avstriya mətbuatı 2 qat Olimpiya çempionunun 2000-ci ilin əvvəllərində Vyana klublarının birinə rəhbərlik etdiyi vaxtda qanun pozuntularına yol verməkdə ittiham edir.

Hazırda Kaliforniyada işləyən 54 yaşlı Zayzenbaher 2012-2014-cü illərdə millimizi çalışdırıb.