AZE | RUS | ENG |

Azərbaycan millisi İran yığmasına qalib gəlib

Azərbaycan millisi İran yığmasına qalib gəlib
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 15-də 9-16-cı yerlər uğrunda görüşdə İran komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda keçirilən oyun futbolçularımızın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Qarşılaşmada vurulmuş yeganə qolun müəllifi Doğukan Öksüz olub.
Yığmamız turnirdə növbəti oyununu yanvarın 17-də Estoniya komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962