AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan bayrağı ikinci dəfə Everestə sancıldı!

Azərbaycan bayrağı ikinci dəfə Everestə sancıldı!

İdman
20 May 2013, 14:53 1306
19 may 2013-ci ildə Nepal vaxtı ilə səhər saat 6:30-da Murad Aşurlı beynəlxalq komandanın heyətində planetin ən uca zirvəsinə qalxdı və üzərində Azərbaycanın Milli Bayrağını yüksəltdi.

Hündürlüyü 8848 metr olan dağın fəthi şimal tərəfindən klassik marşrut üzrə həyata keçirilib (Tibet, Çin). Səhər saat 00:15-da hava şəraitinin yaxşılaşdırılmasından istifadə edərək dırmananlar düşərgələri tərk edib, 8300 metr yüksəklikdə yerləşən zirvəyə üz tutublar. Sübh düşənə qədər komanda zirvəyə çatıb. Həmin gün alpinistlər 6400 metr hündürlüyündə yerləşən baza düşərgəsinə endilər, enişə təxminən 14 saat sərf ediblər.
Telefon danışığında Murad bildirib ki, çox şiddətli külək 8600 metr hündürlüyü çox olan marşrutun əsas sahələrində qar və firni saxlamadı və qayaların yatıqlı daşlarını açıq qoymuşdur, bu da yüksəlişdə və enişdə xüsusi diqqətlilik tələb edirdi.

Arayış:

Murad Aşırlı - hazırda ABŞ-da yaşayır və işləyir. AAF-ın və "American Alpine Club"-un üzvüdür. Son on ildə Murad Avropanın, Şimali və Cənubi Amerikanın ən hündür zirvələrini müvəffəqiyyətlə fəth etmişdir. Bunlar Mak-Kinli, Elbrus, Akonkaqua, həmçinin Qafqaz dağlarında, Pamirda, Andda, Mərkəzi və Şimali Amerikada yürüşlər etmişdir.

Həmyerlimiz İsrafil Aşurlı 19 may 2007-ci ildə ilk Azərbaycan vətəndaşı olub ki, planetin ən uca zirvəsini fəth etmişdir. Elə həmin gün altı il sonra İsrafilin əmisi oğlu - Murad Milli Bayrağımızı planetin ən yüksək nöqtəsi üzərində bir daha dalğalandırıb.

Digər həmyerlimiz, milli komandanın üzvü İsmayıl Əsgərov 2011-ci ildə zirvənin fəthinə çox yaxın idi, lakin güclü külək səbəbindən, o 8600 metr hündürlüyündə geri çəkilməyə məcbur oldu.