Avropa çempionatından 4 medalla qayıtdıq

Avropa çempionatından 4 medalla qayıtdıq

İdman
21 May 2013, 10:48 1113
İtaliyanın Krema şəhərində keçirilən sambo üzrə Avropa çempionatının qalibləri bilinib. Apasport.az saytının məlumatına görə, səfərə 9 idmançı ilə yollanan Azərbaycan millisi yarışı 4 medalla başa vurub.

Kənan Qasımovla (90 kq) Nizami Məmmədov (100 kq) gümüş, İslam Qasımovla (57 kq) Cavidan Qarayev (62 kq) isə bürünc medallarla kifayətləniblər.