• çərşənbə, 16 Oktyabr, 01:41
  • Baku Bakı 16°C

Olimpiya Oyunlarının ən yaşlı iştirakçısı vəfat edib

01.02.23 10:00 2825
Olimpiya Oyunlarının ən yaşlı iştirakçısı vəfat edib

1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı uruqvaylı Feliks Siyenra 107 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Welt” qəzetinə onun qızı məlumat verib. Bildirilib ki, Siyenra yelkən idmanında yarışıb. 1948-ci il Olimpiadasında uruqvaylı altıncı olub.

Siyenranın ölümündən sonra almaniyalı atlet Villi Büzinq Olimpiadanın yaşayan ən yaşlı idmançısına çevrildi. Almaniyalı 1952-ci ildə Helsinkidə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib, burada komanda triatlonunda gümüş, fərdi triatlonda isə bürünc medal qazanıb. Hazırda onun 101 yaşı var.

banner

Oxşar Xəbərlər