• cümə axşamı, 28 mart, 23:25
  • Baku Bakı 13°C

Nazirlik: "Qarlı hava şagirdlərin dərsə davamiyyətini azaldıb"

09.01.23 16:30 562
Nazirlik: "Qarlı hava şagirdlərin dərsə davamiyyətini azaldıb"

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib: "Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır".

"Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib" - məlumatda bildirilib.

banner

Oxşar Xəbərlər