• cümə, 29 Mart, 18:59
  • Baku Bakı 14°C

Deputatlar təhsil jurnalistləri ilə görüşdülər

12.05.22 18:52 477
Deputatlar təhsil jurnalistləri ilə görüşdülər

12 may tarixində AzEdu təhsil portalının təşkilatçılığı ilə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri və Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib.

Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor  Musa Qasımlı, deputatlar Ceyhun Məmmədov, Kamilə Əliyeva, AzEdu təhsil portalının baş direktoru Elşad Eyvazlı və  Təhsil Jurnalistləri Birliyinin təmsilçiləri, eləcə də təhsil mövzularını aktiv şəkildə işıqlandıran müxtəlif mətbuat nümayəndələri iştirak ediblər.  

Giriş nitqi ilə sözə başlayan AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı qonaqları salamlayaraq Milli Məclisdə aparılan təhsillə əlaqəli müzakirələrin vacibliyini və qəbul edilən qərarların əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı mətbuat və təhsilin qarşılıqlı fəaliyyətindən söz açıb. O, təhsil sahəsinin üzləşdiyi problemləri jurnalistlərin diqqətinə çatdırıb.

Deputat Ceyhun Məmmədov kommunikasiyanın əhəmiyyətini qeyd edərək mətbuat nümayəndələri ilə təhsil cameəsinin birgə fəaliyyətinin əhəmiyyətinə toxunub. Deputat təhsil sahəsindəki bəzi   problemləri qeyd edərək, onların həlli istiqamətində nə kimi işlərin görülməli olduğunu qeyd edib.

Deputat Kamilə Əliyeva dövlətin təhsil sahəsinə olan qayğısından söz açıb. O, hazırda gənclər arasında baş verən intihar hallarının mətbuatda işıqlandırılmasından narahatlıq duyduğunu qeyd edib.

Sonra jurnalistlər təhsil sahəsində  müşahidə etdikləri problemləri deputatlarla müzakirə ediblər.

Görüş zamanı bir çox vacib təhsil məsələlərinə toxunulub. Ölkədə geniş yayılan repetitor problemi, onu yaradan səbəblər və çıxış yolları barəsində söhbət açılıb.  Bu kimi halların qarşısının alınması üçün müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılmasının və orta təhsil səviyyəsində abituriyentlərin məktəblərdə daha çox bilik öyrənilməsinin təmin edilməsini vurğulanıb.

Ucqar kəndlərdə yaşayan şagirdlərin əldə etdikləri uğur və nəticələrə toxunulub. Bu kimi məqamların mediada işıqlandırılmasının zəruriliyi qeyd edilib.

Bəhs olunan problemlər arasında məktəblərdə şagird sıxlığı, müəllim namizədlərin daimiləşmə müsabiqəsində hicab  səbəbindən kəsilmə halları, orta ümumtəhsil müəssisələrində psixoloji işin təşkili meyarları və s. məsələlər müzakirə olunub.

Sonda jurnalistlərə təşəkkür edən deputatlar bu kimi görüş və müzakirələrin davamlı olmasını arzu ediblər.

banner

Oxşar Xəbərlər