AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

UEFA prezidenti: “Superliqa sxemi futbolun məhvinə səbəb olacaq”

UEFA prezidenti: “Superliqa sxemi futbolun məhvinə səbəb olacaq”

İdman
07 Dekabr 2019, 15:00 198
UEFA prezidenti Aleksandr Çeferin "Real Madrid”in prezidenti Florentino Peresin Avropa Superliqası keçirməklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Report” xəbər verir ki, UEFA prezidenti "New York Times” nəşrinə açıqlamasında Peresin fikrini ağlasığmaz adlandırıb:
"Bu ağlasığmaz plan haqqında oxudum. Bu məlumatlara inansaq, fikir yalnız bir klubun prezidenti və bir futbol liderinə məxsusdur. Daha eqoist bir sxem təsəvvür etmək çətindir. Aydındır ki, bu, bütün dünyada futbolun məhvinə səbəb olacaq. Həm oyunçular üçün, həm azarkeşlər, həm də oyunla əlaqəli olan hər kəs üçün. Və bunun hamısı da azsayda olan insanların xeyrinə olacaq. Xoşbəxtlikdən, futbol dünyasında belə bir dəli fikrin gerçəkləşməsinin qarşısını almaq üçün kifayət qədər sağlam düşünənlər var”.
Qeyd edək ki, Peresin fikrinə görə, Superliqa Avropanın 5 çempionatından çıxan 20 klubun təmsil olunduğu iki diviziondan ibarət olacaq. O, yalnız İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatlarını nəzərdə tutub.
Superliqaya daxil olan komandalar öz ölkələrinin çempionatlarında iştirak etməyəcəklər. Turnirdə divizonlar arasında yüksəlmə və enmə olacaq.