• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Tuncay Bakıya gəlir

23.05.13 13:45 1844
Tuncay Bakıya gəlir
Mayın 29-dan iyunun 5-dək Bakıda keçiriləcək III “Caspian Cup” turnirinin iştirakçılarından olan Türkiyə yığması ölkəmizə 18 futbolçu ilə gəlir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Hakan Tecimer yetirmələrini mayın 27-də bir araya gətirəcək.
“Ay-ulduzlular” həmin gün İstanbuldakı “Marriott Courtyard” otelində toplanacaq. Bundan sonra qardaş ölkə təmsilçisi İstanbul – Bakı hava reysiylə ölkəmizə gələcək.
Qapıçılar: Tarık Çətin (Fənərbaxça), Übeyd Adıyaman (Gənclərbirliyi)
Müdafiəçilər: Mehmet Zəki Çəlik, Ərtuğrul Ərsoy, Furkan Əmrə Ünvər (hər üçü “Bursaspor”), Bahadır Çiloğlu, Savaş Polat (hər ikisi “Fənərbaxça”), Mücahit Çakır (Trabzonspor)
Yarımmüdafiəçilər: Əmirhan Aydoğan (Bursaspor), Muhammed Samet Karakoç (Fənərbaxça), Birhan Vatansevər, Doğuş Can İncədərə (hər ikisi “Qalatasaray”), Tuncay Kılıç (Göztəpə), İbrahim Başpınar (“Nansi”, Fransa), Tahsin Çakmak (“Herta” Berlin, Almaniya)
Hücumçular: Enes Ünal (Bursaspor), Volkan Pala (Qalatasaray), Sabit Hakan Yılmaz (Turqutluspor)
Qeyd edək ki, Türkiyə U-16-sı ölkəmizə Ukraynada keçirilən Viktor Bannikov turnirinin qalibi kimi gəlir. Ölkəmizdə ilk dəfə keçirilmiş “Caspian Cup” turnirinin qalibi də olmuş türklərin qrupdakı rəqibləri Özbəkistan və İordaniya milliləridir.
banner

Oxşar Xəbərlər