AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru

Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru

İdman
30 May 2020, 13:45 268
Münxenin "Bavariya” futbol klubunun və Almaniya millisinin hücumçusu Tomas Müller ölkə çempionatında yeni rekord müəyyən etməyə yaxınlaşır.
 
AZƏRTAC "Bavariya” klubunun "Intagram”dakı səhifəsinə istinadla xəbər verir ki, futbolçu ölkə çempionatının 28-ci turunda komandasının səfərdə "Borussiya Dortmund”u minimal hesabla məğlub etməsi ilə Bundesliqada ən çox qələbə qazanan ikinci futbolçu olub. Belə ki, o, "Bavariya”nın heyətində meydana çıxdığı 345-ci oyununda 250-ci qələbəsini qazanıb.
 
Bu göstərici üzrə rekord "Bavariya”nın sabiq qapıçısı Oliver Kana məxsusdur. O, 429 oyunda 260 dəfə qələbə sevinci yaşayıb.
Xatırladaq ki, T.Müller Bundesliqa tarixində 200 qələbə həddinə ən tez çatan futbolçu olub. Forvard bu rekordu iki il əvvəl 275-cu oyununda müəyyən edib.