Şəxsiyyətlərimizi bizə tanıdanları tanıyırıqmı yaxud

Yazıma tənqiddən başlamaq istədim… Əminə Tuncayın “Dağılan dünyası”nı bütöv,saf,ruhun fəzada uçuşu təkin rahatverici duydum.Bəlkə kitabın ilk səhifəsinin axarı məndə bu ovqatı yaratdı. Anlaya bilmədim niyə “dağılan dünya” ? Bu sualın cavabını müəllifin kitabı mənə hədiyyə edərkən ön səhifədə yazdığı ürək sözlərində tapdım. Əminə xanım mündəricata “etibar etməyərək” səhifələr üzrə kitabın məzmununu göstərərkən yazmışdır: “Bəxtiyar müəllim mənim sönən günəşim,batan ulduzum, dağılan dünyamdır indi! Közüsə əbədilik ürəyimdədir!”. Bu sözlər məni Əminə xanımın “Dağılan dünyasının” 129-cu səhifəsinə yönəltdi.Üç səhifəlik son dərəcədə mərhəmanə bir yazıdır. Bəxtiyar Vahabzadənin son düşüncələrini, duyğula- rını dilə gətirən yazı. Bu yazıda diqqətimi alan, hamının bildiyi, amma Əminə Tuncayın sərrast ifadə etdiyi fikir vardır: “Dünyanın ən uzaq yolu qəbiristanlığa gedən yoldur. Ha gedirsən çatmırsan,çünki həyatdan heçliyə gedən bu yolun uzaqlığı həyata ilk göz açıb son vida dediyin zamanla ölçülür”. Bu kontekstdə yazdığı -“Zaman kiçik olduqca, kədər daha da böyük olur” mühakiməsi bütün anlamlarda aforizmə çevrilə bilərmi? Böyük ehtimalla ola bilər. Bu yazının ardınca Əminə xanım haqqında professor İfrat Əliyevanın fikirləri ilə tanış oldum. Yaxşı ki, bu məqaləni son məqamda oxudum, çünki Əminə xanım barəsində yeni bir şey deyə bilməyəcə- yim qüdrətsizliyindən ruhdan düşərdim. İfrat xanımdan əxz etdiyim fikirlər də oldu: “yalanın dili qışqırıq, gerçəyin dili hıçqırıqdır”. Əminə xanımın poeziyasını onun daxili hisslərinin, duyğularının pıçıldayan hıçqırtısı kimi görmək üçün incə, zərif, kövrək qəlbə sahib olmaq lazımdır. Bu məziyyətini yazısından duyduğum İfrat xanım Əminə xanımı tanıya bilənlərin hamısını düşündürəcək bir sualı da cavablandırdı: Tuncay təxəllüsünün “sirrini”. Əslində bu “sirri” Əminə xanım dünyaya İfrat xanımın hıçqırıqla oxuduğu şerilə bəyan eləmişdir: “Necə oldu ki,Tuncay oldum”.
Çağdaş Azərbaycan cəmiyyətində bir az fərqli düşünən, dərin fikir söyləyən insanı fəlsəfi təfəkkür sahibi hesab edirlər. Belə yanaşmanın doğru yaxud qeyri-normal olduğu barəsində dartışmaq niyyətində deyiləm. Əminə xanımın yaradıcılığı ilə tanışlıq, onu filosof-yazar kimi dəyərləndirmək qənaətini hasil etdi. Amma kitabının iç qabığında fəlsəfə üzrə alim olduğu qeydini gördüm. Deməli, Əminə Tuncay təkcə ictimai statuslu deyil, həm də diplomlu filosof imiş. Əminə xanımın 2011-ci ildə nəşr olunmuş «Məqalələr»inin ilki «Nizaminin soykökü» adlanır. Məqaləni oxumasan belə, adından müəllif xanımın cəsarətli, mübariz vətəndaş mövqeyinə bələd olursan.
Əminə Tuncayın elmi məzmunlu məqalələri alim-vətəndaş mövqeyindən yazılıbdır. Nizami Gəncəvi ilə bağlı deyilmiş istənilən əsassız fikrə mütəxəssis iqtibasları ilə cavab verən Əminə xanım nə qədər ciddi ifadə tərzinə üstünlük verirsə, Füzuli yaradıcılığından bəhs edərkən bir o qədər romantik, poetik üslubdan faydalanır. Birinci yazıda qərəzli və yanlış mülahizəyə kəskin və tutarlı münasibət qabarınca, «Füzuli eşqini» vəsf edərkən alim-filosof qələminin təntənəsi duyulur: «Eşq Füzuliyə məkandır, Füzuli eşqə», «Eşqin Füzuli ilə başlayan mərhələsi», «Eşqə giriftar şəxsin təlatümü» və s.
«Füzuli eşqinin fəlsəfəsini» açmaq, «elmi təhlilini» vermək kimi iddia Əminə Tuncayın duyğusal ovqatı ilə rasional düşüncəsinin təmas xətti, kəsişməsi deməkdir.
Dörd fərqli cütlük arasından eşqin mükəmməl düsturunu müəyyənləşdirmək bəşəri missiya da sayıla bilər.
Əminə Tuncayın Füzuli «dünyasına» müraciəti filosof alimin araşdırması kimi qeyri-adi görünməyə bilər.Amma Əminə xanımın ədəbiyyat, poeziya bilicisi kimi peşəkar yanaşmaları diqqətə layiqdir. Bu baxımdan “Füzuli və M.Hadi yaradıcılığında bədii metod və bədii təsvir yaxınlığı” məqaləsi sırf ədəbiyyatşünas baxışıdır.
Ə.Tuncayın müəllifi olduğu və tərcümələr etdiyi məqalələr toplusunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin xatırlanması təsadüfi yer almır.
Ayrı-ayrı şəxsiyyətlər haqqında oçerkləri Əminə Tuncayın səxavətli və xeyirxah təqdimatı hesab etmək olar. Müəllif «qəhrəmanlarını» «əl boyda kağıza sığan» nəhənglər sayır.
«Nur heykəli» adlandırdığı Araz Dadaşzadə haqqında yazısının pafosu iki qaynaqdan cilalanıbdır: Araz Dadaşzadənin ziyalılıq parametrlərindən və Əminə Tuncayın ziyalılığı dəyərləndirmək xilqətindən. Əminə xanımın tərəzisində şəxsiyyətlərin ağır gəlməsi onun özünün daha yüksəkliyə baxışının təzahürüdür. Zirvədə gördükləri də həmin mütənasiblikdə olurdu: «ay işığı kimi pak, günahsız Salman Mümtaz», «istiqlal ab-havasının fəal ifadəçisi – Sabir Əhmədli» və d.
Amma Əminə xanımın bir Ziya Bünyadov zirvəsi də vardır ki, ona baxmağa və qalxmağa hər adamın hünəri yetməz. Ziya Bünyadov haqqında yazıları sadəcə gözəl təqdimat deyil, insanın ideala yaxınlaşma imkanıdır. «Tarixlə «küçə qadını» kimi davranılan» vəziyyəti aradan qaldırmaq üçün Ziya Bünyadovun istəyini və səylərini bildirən müsahibələrini dərc etməklə həm gündəmi aktuallaşdıran, həm də alimi bir daha tarixiləşdirən Əminə xanım Ziya şəxsiyyətinə vurğunluğunu, sadiqliyini, ən əsası bəhs edilən məsələlərdəki mövqeyini dəstəklədiyini göstərmiş olur. Əslində Ziya Bünyadovun kitabda verilən çıxış və müsahibələri, geniş oxucu dairəsi üçün maraqlı olmağından əlavə, onun elmi əsərləri qədər, tarixçilər üçün, tədqiqatçılar üçün mühüm metodoloji təlimat, proqram məzmunlu mətnlərdir. Qaldırılan məsələlərin həlli vəziyyətini təftiş etmək üçün əsasnamə də sayıla bilər.
Maraqlıdır ki, Ziya Bünyadov tərcümə etdiyi əsərlərindən üçünü (kitabda adları qeyd olunub) «bir il 9 ay müddətində fasilələrlə» Əminə Tuncaya şəxsən oxumuşdur. Böyük alimin şəxsiyyətini açıqlayan incə ştrixdir, həm də Əminə Tuncaya verdiyi dəyərdir ki, Ziya müəllim əksəriyyətə, o cümlədən yüksək çinli və titullu şəxslərə belə rəva görmürdü.
Əminə Tuncayın daha bir qəhrəmanı – Bəxtiyar Vahabzadə. Keçmişinə bağlı, amma ona qapanmayan, xatirələrdən güc alan Əminə xanım «dərd bilən sirdaşı» Bəxtiyar Vahabzadənin «məhəbbət gileyli şeirlərinin ilk oxucusu» kimi söz tapıntılı mülahizələrini oxucularla bölüşəndə lirik bir şeriyyət müəllifinə çevrilir. «Milli dərdləri, bəşəri ağrıları» yaşamış şairlərdən biri kimi B.Vahabzadənin «heç vaxt ürəkdən güldüyünün şahidi olmadığını» yazır: «Xalqının mənəvi ehtiyaclarını… düşünən» şairə sağlığında öz ömründən pay vermək dərəcəsində ehtiramı ilə xatirə yazısını «Sən xalqa lazımsan! Dünya durduqca» adlandırmışdı.
Azərbaycanın elm, sənət aləminin ünlü simaları ilə şəxsən tanış, dost, ünsiyyət sahibi olan Əminə xanım Şıxəli Qurbanov şəxsiyyətindən də yan keçə bilməzdi. «Öz heykəlini özün yaratdın» dediyi Şıxəli Qurbanovun haqqını danmayan Əminə xanım yaxından tanımadığını yazsa da, haqqındakı xatirələrdən və ən əsası yaradıcılığından düşüncələrini hasilə yetirir: «Şıxəli Qurbanov ləyaqətin ən yüksək zirvəsi olan fədakarlığı ilə Vətənin könüllü qurbanına çevrildi». Bu deyimi ilə Əminə xanım oxucusunu həm də əxlaqi dəyərlər yönündən tərbiyələndirir: fədakarlıq etməyən və bacarmayan şəxs tam anlamda ləyaqətli sayılmaz. Şıxəli Qurbanov milləti adına etdiyi fədakarlıqları ilə siyasi rejim tərəfindən cəzasız qalmayacağını göz altına almaya bilməzdi qənaətilə «könüllü qurbana çevrildi».
Əminə Tuncay qısa ifadəsində şəxsiyyəti dəyərləndirməyin meyarlarını göstərmişdir: «Şəxsiyyət nə etdiyi ilə və necə etdiyi ilə xarakterizə olunur». Şəxsiyyətin əməlləri cəmiyyətə açıq olduğu qədərincə onu təftiş etmək mümkün olur. Əminə xanım öz meyar düsturu ilə Azərbaycanın tanınmış fikir adamlarını, sənət insanlarını səciyyələndirməyi zövq və sövq ilə həyata keçirir.
Bu anlamda Əminə xanım qəhrəmanlarını özünün fəlsəfi süzgəcindən keçirib pozitivlik göstəricisini yəqin etdikdə şövqlə qələmə sarılır. Amma Əminə Tuncayın fəlsəfi süzgəc testindən yüksək bal toplamaq, meyar qəlibinə uyğun gəlmək hər şəxsiyyətə nəsib olmur. “Mən hazır gülüşlü üzdən qorxuram” deyən Əminə xanımın fəlsəfi dünyası sərhəd tanımır. «Biz Vətənin böyüklüyünu azadlığında, gözəlliyi məchulluqda axtarırıq» söyləməsi mücərrəd görünsə də, Əminə xanım seçim üçün ipucu da verir: «Əslində, axtardığımız böyüklük və gözəllik içimizdə, yanımızdadır».
Bu içdən gələn sevgi ilə Əminə Tuncay «Azərbaycana dua» yazdı.
Vətəndaşlığından asılı olmayaraq hər bir azərbaycanlı Vətəni adına dua etsə və milyonların duası eyni hədəfə yönəlsə Onun qəbulə keçməsinin əminliyi yüksək olar. Bəzən də milyonların duasından da keçərli saf, əqidəli, ləyaqətli bir fərdin sidqi- qəlbdən Allaha müraciəti ola bilər. Necə ki, öz adına Əminə Tuncay bunu gerçəkləşdirdi: “ Türklər dünya yaşında yer üzündədirlər, Sən onu qanlı “köpüklərdən”, zülm «köpüklərindən» azad et, Ya Rəbbi!... Amin!».
Əminə xanımın məqalələr toplusunun bir qismi də tarixi mövzulara həsr olunubdur. İstanbul əlyazmalarından əldə etdiyi bilgiləri oxucuları ilə paylaşan Əminə xanım, bir sıra yazıları da rus dilindən tərcümə edərək mətbuatda dərc etdirmişdir: «Erməni soyqırımı anlayışı», «Ağdam qan gölündə» və s. Maraqlı yazılardan biri də «Dünya məzarıstanlarına səyahət və təəssüratlarım» adlanır. Səyahətin bu seçiminə üz tutanlar çox olmur və Azərbaycan ziyalılarından Əminə xanımın bu səfəri azsaylı bir göstərici ola bilər. Avropa məzarlıqlarını ziyarətindən sonra qələmə aldığı bu yazıda tarix zaman, məkan ölçüsünü itirir, məzarlar tanınmış adların hücrəsi qismində söhbətə körpü salır, bəzən də yollar Azərbaycanla kəsişir.
Əminə Tuncayın tərcümə sənətinə dair məqalələri də özünəməxsusdur. Sabir şeirlərinin ruscaya təhrifli tərcümələrindən, Abbas Səhhətin tərcüməçilik məharətindən söz açan müəllif müstəqil düşüncə və mülahizələrilə diqqət doğurur.
Əminə Tuncayın 2011-ci ildə nəşr olunmuş «Məqalələr»ini 2014-cü ildə oxudum. 2013-cü il dekabrın 17-də müəllifin hədiyyə etdiyi kitabın mütaliəsini 25 iyul 2014-cü ildə tamamladım. Oxuduqca qeydlər etdim və həmin qeydlərimi başqaları ilə paylaşmaq istədim. Əminə Tuncayın 3 kitabı ( “Məqalələr”, “Musiqi töhfələri”, “Dağılan dünyam”) ilə tanışlığım müəllif haqqında təəssüratımı formalaşdırdı.
Nə qədər dünyasını dağılan görsə də mənsur şeirlərində “MƏN”ini ifadə edən Əminə Tuncayın dünyası yaradandır, qurandır, romantikdir.Uşaqlıqdan filosof-şairləri oxumaqdan həzz alardım.Bədii üslubda fikir dərinliyi, sərrastlığı lirik qiyafədə əsrarəngiz idi mənim uşaq düşüncəm üçün.Əminə Tuncayın qələminin gücü duyğusal ovqatımı köklədi.Sözün , boya və fırçasız yaratdığı mənzərələr rəngarəngdir: təbiət səhnələri, tarixi məkanlar , qəlb çırpıntıları...
Hər yazının ,hər mövzunun öz simvolu var: Bakının küləyi, günbəzin göyərçini, baharın göyərçini, nəhəng palıdın kövrək budağı...İbrətamiz hekayə uzun-uzadı nəsihətlərdən daha təsirli olur. “Gözəlliyin bəlası” gənc qızları ayıq olmağa çağırır, “Fərəh” hekayəsi məqsədyönlü, zəhmətkeş olmağın uğurunu xatırladır, “Bir əldə iki qarpız” Xanbacının obrazında “yarımçıq papaqçılığı”, karyerist, lovğa, təkəbbürlü insanları ifşa edir və s. Koloritli, incə yumorla yazılmış hekayələrdən, örnək verəcək mənsur şeirlərdən yaşına və məzmununa müvafiq olaraq məktəb dərsliklərində istifadə etmək faydalı olar.Axı Əminə Tuncayın əsərləri əsl “Həyat bilgisi” verir, tərbiyələndirir, ləyaqətli şəxsiyyət yetişdirir.
Sərrast, duyumlu ifadələrində zirvələrdə sıraladığınız şəxsiyyətlərin yanında yer aldığınız üçün, Əminə Tuncay, Sizi dəyərləndirməyə mənim sözümün qüdrəti yetərli olmayacaqdır. Sizi tanımaq üçün əsərlərinizi mənimsəmək, yazılarınızdakı insanlıq əxlaqını paylaşmaq gərəkdir. Kamilləşən insan Sizin dəyərinizi görə və qiymətləndirə bilər.
Əminə Tuncay yazıçı, şair, ədəbiyyatşünas, tarixçi, filosof, tərcüməçi, müşahidəçi, maarifçi, müsiqişünas simaları ilə yazılarından boylanır, publisist qələmi ilə cazibəsində saxlayır. Bütün yaradıcılığını izləyən qırmızı xətt isə onun vətənpərvərliyi, milliliyi, əxlaqlı və ləyaqətli insan sevgisidir. Bu dəyərlərə önəm verən şəxs həmin dəyərlərə sahib çıxar və öz həyat tərzində, əməllərində onlara riayət edər. Nə yaxşı ki, belə şəxsiyyəti – Əminə Tuncayı tanıdım. Fikirlərimi kitabda iqtibas gətirilən – Deni Didronun «Ehtirassız vətəndaş ola bilməz» deyimini Əminə Tuncay şəxsiyyətinə ünvanlamaqla yekunlaşdırıram və ona şamil edərək deyirəm: «Əminə Tuncay Azərbaycanın millət, Vətən, ləyaqət ehtirası ilə yaşayan vətəndaşıdır!».
Firdovsiyyə Əhmədova,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Tarix» kafedrasının müdiri