Şekspirin sonuncu dramı

406
il bundan qabaq, 1613-ci ildə Londonda növbəti tamaşa zamanı məşhur "Qlobus”
teatrı yandı. O gün nümayiş olunan dram əsərindən sonra Şekspir bir daha pyes
yazmadı.
Şekspirin
yaratdığı və teatr üçün yazdığı dövr Yelizavetanın dövrü adlandırılsa da,
pyeslərinin böyük hissəsini o Şahzadə Yelizavetanın ölümündən sonra yazıb.
1603-cü ildə 45 il İngiltərəni idarə edən şahzadənin yerinə Şotlandiya kralı VI
İakov keçdi. O, hədddən artıq teatrsevər olduğundan, Londona gəlişindən sonra,
Şekspirin teatrına və onun aktyorlarına azad şəkildə incəsənətlə məşğul olmağı,
komediya, faciə, xronika, dram, interlüdiya, moralita, pastorali və başqa
əsərlər yazmaqla sadiq təbəələrini, həmçinin özünü feyzyab etmək üçün hər cür
şərait yaradılması əmrini verir. Truppa öncə "Lord Kamergeranın elçiləri”
adlandırılırdı, patent aldıqdan sonra "Kralın elçiləri” adlanmağa başlandı.
"Qlobus”
teatrı truppanın əməkdaşının (aktyor Richard Burbage) atasına məxsus teatrından
qalan tikinti materiallarından tikilmişdi. Həmin teatrın adı sadəcə "Teatr”
adlanırdı. Teatrın yerləşdiyi torpaq sahəsinin icarə vaxtı yaxınlaşırdı.
Sahənin sahibi qiyməti qaldırdıqda, truppanı bu məbləğ qane etmədi. 1589-cu
ildə aktyorlar və onların dostları o dövrün məşhur dülgəri, teatr binalarını
tikən Piter Stritanın rəhbərliyi altında teatrı hissə-hissə sökməyə məcbur
oldular. Bütün materiallar bir müddət anbarda qaldıqdan sonra, onları Temzanın
cənub hissəsinə keçirib açıq səma altında məşhur "Qlobus” teatrını tikməyə
başladılar.
Yüksək
təbəqənin nümayəndələri lojalarda oturur, aşağı təbəqənin tamaşaçıları isə
"groundling”, "stinkard” ( "dibdəki balıq”, "iylənmiş”) adlandırılır, içki
içir, tütün çəkir, tamaşa zamanı atmacalar atır, popkorn əvəzinə dəniz ilbizi
yeyirdilər. O zaman İngiltərədə dəniz ilbizi ən ucuz yemək sayılırdı.
"Qlobus”
teatrı o dövr üçün möhtəşəm tikili sayılsa da tualet, kanalizasiya sistemi
mövcud deyildi. Qeyd edək ki, müasir "Qlobus” teatrı o zamankı teatrın
yerləşdiyi yerdən 200 metr aralıda tikilib. Tarixçi Frenk Kermoud yazırdı: "Biz
daha heç vaxt o zamankı teatrın, qeyri-adi binanın ab-havasını görmək imkanı
bir daha əldə edə bilməyəcəyik”.
1613-cü
ildə "Whitehall” sarayında kralın qızı Elizabetin kəbinkəsmə mərasimi qeyd
olunurdu. Bu münasibətlə Şekspirin truppası yeni evlənmiş cütlüyə, saray
nümayəndələrinə "Tufan” əsəri də daxil olmaqla 14 pyes nümayiş etdirdi. "Tufan”
pyesi Şekspirin ən sonuncu yazdığı əsər oldu.
Şekspir
o zamanlar özü səhnəyə çıxmırdı. 29 iyun kral və saray əhli tamaşanı izləmək
üçün təşrif buyurdular. "VIII Henri” adlı pyes cavan, lakin zəmanəsi üçün
kifayət qədər məşhur olan dramaturq Con Fletçerlə birgə ərsəyə gətirilmişdi.
Pyesdə VIII Henrinin hakimiyyət dövrü, o zamanın hadisələri nümayiş olunurdu.
Tamaşa mükəmməl dekorasiyalar, aktyorların möhtəşəm geyimlərinə görə seçilirdi.
Hətta inandırıcı olsun deyə, əsas səhnə zamanı həqiqi top atəşindən istifadə
edilmişdi. Elə bu atəş böyük bədbəxtliyə səbəb oldu. Belə ki, Kral Henrini
sarayda qarşılayan zaman açılan atəş nəticəsində havaya uçan alov təsadüfən
səhnənin samandan hazırlanan tavanına dəyir. Tamaşaçılar o qədər maraqla
aktyorların oyununu izləyirdilər ki, yanan tavanı heç görmürdülər. Yanğın
getdikcə artır, tamaşa yarıda kəsilir. Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan
olmasa da, teatrın sütunları, tavan, aktyorların kostyumları alışıb yanır.
Şekspir
o zaman Londonda idi, bəlkə də öz gözləri ilə teatrın yandığını görürdü. Bu
hadisələrdən sonra o həmişəlik paytaxtı tərk edir.
1613-cü
ilin aprelində onun 49 yaşı tamam olmuşdu. İndiki zamanda bu yaş yazar üçün
həyatın ən gözəl çağı, incəsənət baxımından parlaq dövrü sayılsa da, məhz bu
yaşda Şekspir dramaturq karyerasına son qoyur.
Şekspir
həyatının və yaradıcılığının tədqiqatçısı Aleksandr Anikstin (Yohann Volfqanq Höte yaradıcılığının
tədqiqatçısı sayılır) fikrincə, Şekspirin istedadı tükənməmişdi. Dahi,
dahi olaraq qalır, sadəcə tamaşaçı dəyişir. Onun zarafatları adi sarkazma,
hazırcavablığı isə kəskin təhqirə çevrilirdi. Bəlkə də Şekspirə tamaşaçılar,
real həyat darıxdırıcı gəlirdi.
O
"Qlobus” teatrına məxsus pay hissəsini satıb Stratforda, öz evinə geri dönür.
Şekspir bu müddət ərzində yetərincə varlı və maddi baxımdan korluq çəkməyəcək
biri idi. Onsuz yaşlanan həyat yoldaşının, onsuz böyüyən qızlarının yanına
qayıdan yazar sakit həyat tərzi keçirməyə başlayır. Ali təhsil almayan, yalnız
İncil oxuyan qızları, heç vaxt Şekspirin pyeslərini səhnədə görməyib, görsələr
belə bunu kafirlik adlandırardılar. Teatr onun şəhərində yox idi. Ümumiyyətlə,
burada ictimai nümayişlər qadağan olunmuş, qanunu pozanlara isə 20 funta qədər
cərimə təyin edilirdi.
Dramaturqun
həyatının ilk araşdırma,ısı Nikolas Rou 1674-1718 ) Şekspirin həyatını tədqiq
edərkən, onun yaşamının son illərini hamı kimi sakit, sadə, rahat, huzur içində
keçirdiyini bildirir. Lakin Georq Brandes və başqa tədqiqatçılar əksini yazır.
Şekspird’n ailəsi utanırdı.
Onun
qoyub getdiyi truppası isə yeni "Qlobus” teatrını inşa etdirib, Şekspirin
pyeslərini nümayiş etdirməyə davam edirdi.
1642-ci
ildə İngiltərədə vətəndaş müharibəsi başlayır. Puritanlar (XVI-XVII əsrlərdə
Böyük Britaniyada baş vermiş dini hərəkat. Puritanlar Protestanlıq məzhəbini
müdafiə edirdilər.) Londonu ələ keçirib bütün teatrları bağlamağı əmr edirlər.
Həmçinin məşhur "Qlobus” teatrı da bağlanır. Şekspir isə bu hadisələrdən 26 il
öncə artıq vəfat etmişdi.
Müasir
"Qlobus” teatrı amerikalı aktyor və rejissor Sem Vanamakerin (əslən ingilis
idi) təkidilə Yelizavetanın dövrünə uyğun şəkildə yenidən tikilir. Layihənin
baş məsləhətçisi professor Endru Gerr idi. Tikintini məşhur "McCurdy&Co”
tikinti şirkəti öz üzərinə götürür və 1997–ci ildə "Şekspir teatrı "Qlobus” adı altında açılışı olur.
Hal-hazırda
teatrda tamaşalar bütün yaz-payız (may-oktyabr) mövsümü boyu nümayiş olunur.
Qeyd edək ki, teatrın tikintisi zamanı öncəki ab-havanı maksimum dərəcədə
yaratmağa çalışıblar. Ekskursiya isə burada turistlər üçün mövsümün istənilən
vaxtı aparılır.
Tərcüməçi: AyselAslanova