Qalın romanlar, yoxsa kiçik həcmli əsərlər?
«Qalın-qalın romanların yazılması və oxunması dövrü keçdi...» İndi tez-tez səslənən bu fikrə münasibət birmənalı deyil. Yəni daha çox elektron kitaba sıxışdırılan, cibə yerləşən, ictimai nəqliyyatda baş qatmaq üçün yazılan kiçik həcmli əsərlərin dövrüdür. Cild-cild romanların yazıldığı, «Hərb və sülh»ün, «Anna Karenina»nın, «Şamo»nun, Ordubadinin tarixi romanlarının əldən-ələ keçdiyi zaman isə kitablarla bağlı yalnız nostalji hissləri yada salmaq üçündür.
Bəs dünyanın nüfuzlu ədəbiyyat ödüllərinin tələbi necədir? Onlar da böyük düşüncələrin, aşıb-daşan fantaziyaların kiçik həcmli əsərlərdə yerləşdirilməsinəmi üstünlük verirlər? Ümumiyyətlə, ədəbiyyat mükafatları üçün əsərin həcmi nə qədər əhəmiyyətlidir? Və ya bu gün ədəbiyyatda ən məşhur janr hansıdır?
Dünya hövsələsizləşir
Yazıçı Elçin Hüseynbəyli hesab edir ki, hövsələsiz oxucu üçün kiçikhəcmli əsərlər daha məqsədəuyğundur: «Çünki dünya hövsələsizləşir. Çox adamlar tanıyıram ki, onlar seriallara baxmırlar. Onlar sadəcə, bütün ideyanı, məzmunu, süjeti, münaqişəni özündə birləşdirən 1-2 serialı filmlərə baxsınlar. Bu, normal bir şeydir. Adamlar var ki, həyəcanı sevirlər və istəyirlər ki, həmin serialın ömrü daha uzun olsun. Ona görə elə düşünürəm ki, qalın roman oxuyan adam uzun seriallara baxmaq həvəsində olan insanlar kimidir. Xırda cild kitabları oxuyan adamlar isə bir serialı filmləri sevən tamaşaçılardır. Bu baxımdan bu fikirlə bağlı konkret resept yoxdur». Yazıçı ölkədə oxucunun azlığından gileylənir: «Get-gedə insanların mütaliəyə həvəsi azalır. Naşirlərin dediyinə görə, dinamika son aylar aşağı düşüb. Mənə elə gəlir ki, bu, daha çox maddiyyata bağlı olan məsələdir. Heç bir yazıçı oxucunun sifarişinə görə yazı yazmalı deyil. Yazıçı sosial status baxımından oxucudan qat-qat üstündür. Çünki o, məhsul istehsal edir, beynin, qəlbinin məhsulunu ortaya qoyur”. Yazıçı hesab edir ki, oxucu bəzən pul xərcləmək baxımından «Filan əsər marağıma uyğun deyil» - deyə bəhanə edir: “Ancaq yazıçını məcbur etmək olmaz ki, sən hansısa oxucunun marağına uyğun əsər yaz. Çünki yazıçının özünün də öz marağı, baxış bucağı, hansı problemi necə təqdim etmək məsələsi var. Ona görə də “Mənə uyğun əsər yoxdur, ona görə oxumuram” sözləri bəhanədir”. Yazıçının fikrincə, bu gün oxucuları daha çox məşğul edən texnoloji yeniliklər də onların ədəbiyyat seçiminə mane olur. Belə ki, onlar istədikləri mövzunu internet vasitəsilə əldə etməyə cəhd edirlər: “Düşünmürəm ki, indiki oxucu 19-cu əsrin oxucusundan daha ağıllı və intellektualdır. Onda oxucular istənilən təqdim olunan əsəri böyük həvəslə oxuyurdular. İndi isə müəyyən bəhanələrlə oxumurlar. Sadəcə, onlara daha çox sərf edən, əllərinə yaxın əsərləri oxuyurlar. Elektron kitablara, internet vasitəsilə əldə etdikləri əsərlərə üstünlük verirlər. Amerikada və bir sıra Avropa ölkələrində kitablar yüksək tirajla buraxılır. İnsanlar da ictimai nəqliyyatda, parklarda kitab oxumağa üstünlük verir. Həmçinin kitab oxumağın yüksək mədəniyyət olduğunu dəyərləndirirlər”.
Dünyada ən məşhur janr
Yazıçı Natiq Rəsulzadənin fikrincə, Amerika və Avropa ölkələrində bu təcrübəni çoxdan keçiblər. Belə ki, Dostoyevski, Tolstoy kimi klassiklərin əsərlərini yığcam, süjetli verməklə yenilik etmək istəyiblər. Ancaq həmin kitablar elə də uğur qazanmayıb: “Çünki bu, bədii ədəbiyyatdır və süjetdən başqa burada obrazlar, xarakterlər var. Həmçinin Rusiya da bu prosesə cəhd göstərib. 15-20 il əvvəl Moskvada bu cür əsərlər çap olunub. Bu variant tələbələr və şagirdlər üçün lazımdır. Yəni onlar imtahan verib əsərin süjetini yığcam şəkildə danışıb qiymət ala bilərlər. Əsl sənətin qədrini bilən oxucular elə əsərlərlə kifayətlənə bilməzlər. Onlar əsəri tam şəkildə oxumaq istəyirlər». Yazıçı əsərlərin yığcam formada təqdim olunması və yazılmasının oxucuya hər hansı bir xeyir gətirəcəyinə inanmır: “Aşağı səviyyəli oxucu təkcə süjeti bilməklə kifayətlənəcək. Əsərdəki dəyərli fikirlərdən isə vaz keçəcək. İstisna deyil ki, hansısa yazıçı böyük həcmli roman yazsın və əsəri oxunmayan təqdirdə onu kiçik həcmli əsərlə əvəz eləsin. 20-30 ildir ki, dünyada belə bir təcrübə var: nəsr yazanlar çalışırlar ki, onların əsərləri ekran üçün uyğun gəlsin, ssenariyə bənzər olsun. Onlar müəllif kimi ilk növbədə əsərin gələcəyini düşünür və ondan hansı qazancı götürə biləcəklərini düşünürlər. Xüsusən Amerikada yazıçılar çalışırlar ki, onların əsərlərinə film çəksinlər, bunun müqabilində isə böyük qonorar qazansınlar». Yazıçı hesab edir ki, hər hansı müəllifin öz təxəyyülünü böyük və ya kiçik həcmli əsərlərə sığışdırması mövzudan asılıdır: «Bədii formanı material özü diktə edir. Material var ki, özü diqtə edir ki, gərək məndən roman, pyes və ya ssenari yazasan. Düzdür, peşəkar sənətçi o pyesdən və ya ssenaridən sonradan hər şey edə bilər». Yazıçının fikrincə, son illər dünyada böyük romanlar uğur qazanırlar: «Məsələn, Çingiz Abdullayevin əsərləri Azərbaycanda və Rusiyada ən çox oxunan əsərlər sırasındadır. Məncə, hekayəni könülsüz alıb oxuyurlar. Böyük həcmli əsərlərsə daha çox oxunur. Əvvəllər mənə elə gəlirdi ki, oxucu üçün daha maraqlı hekayələr olar. Mən hekayələr toplusunu nəşr etdirəndə onların bir-birinə oxşamamasına çalışırdım. Yəni istəyirdim ki, yaşından və zövqündən asılı olmayaraq hər bir oxucunun zövqünü oxşasın. Ancaq fakt odur ki, 30-40 ildir dünyada ən məşhur janr romandır. Poeziya oxuyan isə təəssüf ki, çox azdır».
Həcm məsələsi önəmli deyil
Yazıçı Azad Qaradərəli hesab edir ki, böyük romanların oxunmaması ilə bağlı səslənən fikirlərdə həqiqət tam deyil. Belə ki, bu proseslər təkcə Azərbaycanda deyil, bütün dünyada gedir: «Ədəbi proses haradan başlanmasından asılı olmayaraq proses şəklində davam edir. Uğur qazana bilirsə, davamlı olur. Bəzi ədəbi hadisələr hətta, yoluxucu xəstəlik səviyyəsindədir. Bir ölkədən çıxıb, digər ölkəyə yayılır. Bəzən ölkədə vətəndaşlıq hüququ qazanır». 60-80-ci illərdə poeziya xüsusən öndə olub. Amma 1990 və 2000-ci illərdə nəsr önə keçdi. Bu, dünyada baş verən qlobal prosesdir. Həmçinin Azərbaycanda da nəsr poeziyanı üstələdi. İstedadı olan yazıçılar nəsr yazmağa daha həvəslidirlər. Bu gün də nəsr poeziyanı üstələyib». A.Qaradərəli hesab edir ki, bugünkü ədəbi təbəddulatlar təbiidir, ancaq «daha böyük əsərlərin dövrü deyil» anlayışı onun üçün qəbuledilməzdir: “Ona görə qəbul edə bilmirəm ki, Orxan Pamukun son «Başımda bir tuhaflık» romanı 600-700 səhifədir. «Qızılgülün adı» romanı da bu həcmdədir. Oxuyan üçün həcm anlayışı yoxdur. Amma ümumi götürsək, yazıçı Sabir Əhmədlinin son romanları 150-160 səhifədir. Bəlkə də ustad romançı bunu əvvəldən hiss eləmişdi və o üzdən belə yazırdı. Ümumi götürsək bu, yazıçının yazı yazmaq qabiliyyətindən daha çox asılıdır. Bəzisi öz fikirlərini qısa hekayədə, bəzisi uzun povestdə, bəzisi də daha çox romanda ifadə edə bilir”. Müsahibimizə görə, əsərin həcmi məsələsi çox önəmli deyil. Belə ki, bu, yazıçının manerasından və yazı üslubundan asılıdır: “Bu gün də böyük həcmli romanlar yazılır. Mənə elə gəlir ki, bu, mövzudan daha çox asılıdır». Yazıçının sözlərinə görə, dünyada ədəbiyyatla bağlı olan nüfuzlu mükafatlar üçün həcm problemi yoxdur. O mükafatları alan yazıçıların çoxunun əsərləri qalın romanlardır. Ancaq Kanadada qadın yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatını alan Elis Munroya mükafat onun hekayələrinə görə verilmişdi. Ona «Kanadanın Çexovu» deyirlər. Sonuncu “Nobel” mükafatı alan Patrik Modianon böyük həcmli olmayan kiçik romanlar ustasıdır. Həmin ödülləri əsərin həcminə yox, mahiyyətinə, üslubuna və yazıçının tərzinə görə verirlər.
Siyasiləşən ödüllər
Yazıçı Əyyub Qiyasın fikrincə, söhbət əsərin həcmindən yox, yazıçının necə yazması və oxucuya təsirindən gedir. Belə ki, əsərin həcmi o qədər də önəmli deyil. Yəni bir hekayə də bir roman qədər təsir bağışlaya bilər. Və yaxud bir roman oxuyan oxucu əsərdən heç nə götürə bilməz: «Maraqlı əsər həcmindən asılı olmayaraq oxunur. Əslində maraqlı əsər odur ki, oxucu onun ardınca düşür və tezliklə onun sonuna çatmaq istəyir». Ə.Qiyas hesab edir ki, bütün dövrlərdə olduğu kimi, son dövrlərdə də yaxşı və pis əsərlər yazılır: «Amma son dövrlərə nəzər salsaq görərik ki, oxucu mütaliəyə qayıdıb. Bu da çox böyük göstəricidir. Kitabla bağlı tədbirlərdə, kitab mağazalarında, oxucu məktubları ilə ünsiyyətdə də biz bunun şahidi oluruq». Ədəbiyyatla bağlı nüfuzlu ödüllərə gəlincə, Ə.Qiyas hesab edir ki, onların verilməsində əsərin həcmi rol oynamır. Belə ki, həm böyük həcmli romanlara, həm də kiçik hekayələrə görə də ədəbiyyatın “Nobel” mükafatını qazanmaq mümkündür: «Ədəbiyyat mükafatlarının heç bir həcm problemi yoxdur. Amma vacib bir məqamı qeyd etməliyəm ki, ədəbiyyat mükafatları daxil olmaqla dünyanın bütün nüfuzlu mükafatları siyasiləşib. Həm “Nobel”, həm “Oskar”, həm “Qlobus” mükafatları hər bir müəllifə daha çox siyasi baxışına və dünya görüşünə görə təqdim olunur. Təsəvvür edin ki, “Nobel” mükafatını almaq istəyən bir adam öz ölkəsini tənqid etməlidir. Bu ödüllər bir növ avantüraya meyllənib. Ona görə mənə elə gəlir ki, hər bir yazıçı ilk növbədə öz ölkəsində nüfuz qazanmalı, sonra ödüllər haqqında düşünməlidir. Həmçinin öz ölkənin ədəbiyyatı da dünyada tanınmalıdır».
Təranə Məhərrəmova