• cümə, 29 Mart, 02:41
  • Baku Bakı 7°C

“Qalatasaray” 1,2 milyon avro cərimələnib, Oğulcan Çağlayan 6 oyun diskvalifikasiya edilib

11.01.21 09:15 635
“Qalatasaray” 1,2 milyon avro cərimələnib, Oğulcan Çağlayan 6 oyun diskvalifikasiya edilib

"Rizəspor" klubu "Qalatasaray"la məhkəməni qazanıb.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.
Rizə klubu ötən mövsüm müqaviləni tək tərəfli ləğv edərək "Qalatasaray"a keçən Oğulcan Çağlayanla bağlı TFF-yə şikayət etmişdi. Məsələ ilə bağlı qərarını verən qurum "cim-bom"u və futbolçunu cəzalandırıb. "Qalatasaray" qarşı tərəfə 1,2 milyon avro təzminat ödəməli olacaq. "Rizəspor" milli üzvünü "Kayseri Erciyesspor"dan məhz bu məbləğə transfer etmişdi. Həmçinin futbolçu da 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.
ƏTRAFLI
Optimal Sərfəlidir
"Qalatasaray" və Oğulcan qərarla bağlı rəsmi etiraz bildirəcək.
banner

Oxşar Xəbərlər