• çərşənbə, 24 Aprel, 02:19
  • Baku Bakı 14°C

Messinin cavab: Allaha şükür, heç kim bunlara inanmır

10.04.20 15:15 700
Messinin cavab: Allaha şükür, heç kim bunlara inanmır
"Barselona”nın futbolçusu Lionel Messinin "İnter”ə keçə biləcəyi ilə bağlı məlumat yayılıb.
Sportinfo.az xəbər verir ki, bu məlumat o qədər ajiotaj doğurub ki, Leo buna münasibət bildirməli olub. Qeyd edək ki, Messinin "İnterə” keçəcəyini "TNT Sports LA” yazmışdı.
Bu nəşr bir müddət əvvəl məlumat yaymışdı ki, Messi Paraqvayda həbs olunan Ronaldinyo üçün 1,4 milyon avro ayırıb. Ancaq sonradan məlum olmuşdu ki, məlumat həqiqəti əks etdirmir.
Leo "Tvitter”də nəşrin yaydığı xəbərləri xatırladaraq belə yazıb: "Saxta xəbərlər. Bir neçə həftə əvvəl də "Nyuells Old Boys” haqqında eyni şeyi yazdılar və bu da həqiqətə uyğun deyildi. Allaha şükür, heç kim bunlara inanmır”.
banner

Oxşar Xəbərlər