Messi ondan narazıdır, həmyerlisinin alınmasını istəyir
"Barselona”
müdafiənin sol cinahını gücləndirmək üçün 2020-ci ilin yayında futbolçu
transfer etməyi planlaşdırır.
Kaspi.az xəbər
verir ki, "Barsa” rəhbərliyi Xordi Albanı əvəz edəcək futbolçu axtarışındadır.
Əslində, bu məqsədlə "Betis”dən Junior Firpo transfer edilib. "Barsa” ona görə 18 milyon avro ödəyib.
Ancaq Messi
Firponun oyunundan narazıdır. Ona görə də
istəyir ki, "Ayaks”dakı həmyerlisi Nikolas Talyafiko alınsın. Leo bu barədə
klub rəhbərliyinə siqnal ötürüb.
Məlumata görə,
"Barsa” Nikolasa görə 35 milyon avro ödəyəcək.