AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Məşhur qapıçı məşqçi olacaq, 4-cü divizionda

Məşhur qapıçı məşqçi olacaq, 4-cü divizionda

İdman
29 May 2020, 16:33 327
"Barselona”nın sabiq qapıçısı Viktor Valdes məşqçi kimi fəaliyyət göstərəcək. 
 
Kaspi.az xəbər verir ki, Valdes İspaniyanın 4-cü divizionunda mübarizə aparan "Orta”nın baş məşqçisi olacaq. Bu barədə məlumatı klub yayıb. 
 
Valdes buna qədər yalnız gənclər komandalarında çalışıb. O, 2018-ci ildə "Moratalas” klubunda,daha sonra isə "Barselona”da gənclərə futbolun sirlərini öyrədib. 
 
Valdes 2019-cu ildən işsiz idi. O, "Barsa”da 2000-2014-cü illərdə çıxış edib və 21 titul qazanıb. Valdes karyerasını 2017-ci ildə bitirib.