Maradona saxlanıldı
Argentina
futbolunun əfsanəsi Dieqo Maradona polis tərəfindən saxlanılıb.
Kaspi.az xəbər
verir ki, Maradona Buenos-Ayres aeroportunda saxlanılıb. Hazırda Meksikanın
"Dorados” klubunun baş məşqçisi olan Dieqo məhkəmə çəkişməsinə görə bu aqibətlə
üzləşib.
Onu sabiq
sevgilisi Rosio Olivo məhkəməyə verib. Rosia iddia edir ki, Maradona ona 5,5
milyon avro ödəməlidir. Vəkili gəldikdən sonra Dieqo sərbəst buraxılıb. Məhkəmə
işi iyulun 13-nə təyin edilib.