• cümə, 29 Mart, 00:23
  • Baku Bakı 7°C

Kolumbiyanın səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir

16.02.20 18:30 2766
Kolumbiyanın səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir
Azərbaycanda idmana böyük diqqət göstərilir.
AZƏRTACxəbər verir ki, bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarını izləyən Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib.
Səfir batut gimnastikası və tamblinq üzrə dünya kubokunda iştirak edən Kolumbiya nümayəndə heyətinin nümayəndələri ilə görüş keçirdiyini bildirib: "İdmançılarımız Azərbaycanda yaradılan şəraitdən məmnun qalıblar. Yarışların gözəl şəkildə təşkili ilə əlaqədar Azərbaycanı təbrik edirəm”.
Luis Antonio Dimate Kardenas deyib ki, Bakıdakı gimnastika arenası geniş və gözəldir, onun imkanları heyrətamizdir. İstəyirəm, hər ölkənin oxşar meydançaları olsun.
Xatırladaq ki, iki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
banner

Oxşar Xəbərlər