• cümə axşamı, 28 mart, 21:47
  • Baku Bakı 13°C

İngiltərədəki irqçilikdən şikayətləndi

17.09.19 15:00 639
İngiltərədəki irqçilikdən şikayətləndi
İngiltərə yığmasının sabiq futbolçusu Emil Heski irqçilikdən şikayətlənib.
Kaspi.az xəbər verir ki, Heski İngiltərədə qaradərili insanlara aşağılayıcı münasibətin olduğunu bildirib. O, Frenk Lempardla Stiven Cerrardın məhz dərilərinin rənginə görə iş tapdıqlarını iddia edib:
"Mən heç cür aydın deyil ki, niyə İngiltərədə qaradərili insanlar aşağılayıcı münasibət göstərirlər. Başqaları çox asanlıqla iş tapdıqları halda, qaradərililərlə bağlı vəziyyət fərqlidir.
Yüz faiz əminəm ki, Lempardla Cerrard məhz dərilərinin rənglərinə görə iş alıblar. Onlar qaradərili olsaydılar, iş tapa bilməzdilər. Bu məsələdə keyfiyyət fərqi yalnız dərinin rəngindədir.
Gəlin mükafatları sayaq. Sol Kempbelldə mükafat daha çoxdur, nəinki Cerrardda. Eşli koulun qazandığı mükafatların sayı istənilən başqa birisindən çoxdur.
Ancaq Kolua "Çelsi”nin U-15 komandasını məşq etməyi tapşırıblar. Vəssalam”.
Lempard "Çelsi”nin, Cerrard isə "Qlazqo Reyncers”in baş məşqçisidir.
banner

Oxşar Xəbərlər