İmza günləri xeyir-şər məclisinə çevrilib
İmza günü yeni kitab nəşr etdirən şair və yazıçılar üçün bir növ ənənəyə çevrilməyə başlayıb. İmza günlərini yeni zamanın əlamətlərindən biri hesab edənlər də var, formatının dəyişilməsinə ehtiyac hiss edənlər də. Ancaq daha çox səslənən imza günlərinin standart çərçivədə keçirilməsi ilə bağlı iradlardır. Yəni bu çərçivələri sındırıb tədbirlərə daha müasir və yaddaqalan forma tapmaq mümkündür. Məsələn, necə etmək olar ki, imza günlərində təkcə yazarların dost-tanışları, qohum-əqrəbaları yox, həm də oxucular iştirak etsinlər. Bəşəriyyətin dəyişməz mövzusu olan kitaba münasibəti yaxşılaşdırmaq üçün imza günlərinin formatının dəyişilməsinə ehtiyac hiss edənlər xarici ölkələrdə kitab təqdimatının təcrübəsindən də yararlanmağa çağırırlar. Məsələn, xəstəxanalarda xəstələrin, həbsxanalarda dustaqların, uşaq evlərində uşaqların qarşısında və s. yerlərdə kitab təqdimatlarının daha çox mədəni aksiyaya çevrilməsinin daha böyük fayda verəcəyini deyənlər də var.
Yeni zamanın gətirdiyi əlamət
40 ildir ədəbiyyat aləmində çalışan və ilk kitabı 1979-cu ildə işıq üzü görən Vaqif Bəhmənli “Kaspi”nin sorğusuna cavab verərək sovet dövründə imza günlərinin keçirilmədiyini bildirdi: «O zaman kitablar dövlət hesabına nəşr olunur və satış şəbəkələrinə göndərilirdi. Müəlliflərin özlərinə isə cəmi 10 nüsxə verilirdi. Yerdə qalan kitabların hamısı satışa verilirdi, demək olar ki, əksər kitablar satılırdı». V.Bəhmənlinin fikrincə, məqsəd sözün, ədəbiyyatın xalqa çatdırılması, çıxan kitabın oxucuya yetişdirilməsidir. Belə ki, bunun vasitələrindən biri də müəllifi təbliğ etməkdir: “Onda kitablar da çox baha deyildi. İnsanlar həmin yazıçının əsərlərini alır və oxuyurdular. O zaman kitab almaq imkanı da mümkün idi. İmza günlərinin keçirilməsi bizdə yeni zamanın gətirdiyi əlamətlərdən biridir. Bu da onunla bağlıdır ki, indi müəlliflərin əksəriyyəti kitablarını öz hesablarına buraxırlar”. V.Bəhmənli bildirir ki, dövlət nəşriyyatlarının çap etdiyi kitablar əsasən dövlət əhəmiyyətli olurlar. Məsələn, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitabların çapını dəstəkləyir. Belə ki, həmin kitablar satışa verilmir və respublikanın kitabxanalarına göndərilir. Bu baxımdan, həmin kitabların yayım problemi də yoxdur. Yəni əsas problem müəllif kitabları ilə bağlıdır: “Onlar özləri kitabı satış şəbəkəsinə verirlər. İndi imzalar daha da çoxalıb və çox kitab nəşr olunur. İmza günlərinin bu formada keçirilməsinə etirazım yoxdur. Amma onun formalarını tapmaq lazımdır». V.Bəhmənli özünün də qatıldığı dünya ölkələrinin kitab sərgilərindən danışaraq “Orada hər bir nəşriyyat öz müəlliflərini gətirir. Onlar öz kitablarını imzalayırlar” - deyə, qeyd etdi: “Elə olur ki, gün ərzində iki nəfər müəllifə yaxınlaşıb onun kitabını alır. Ancaq bu, təntənəli şəkildə olmur. Yəni bu, ədəbiyyatı tanıtmaq məqsədi daşıyır. İmza günlərində nəşriyyat müəlliflərin kitablarını satır. Bəlkə də həmin müəllifin nəşriyyatla müqaviləsi var və kitabının satılmasından bu şəkildə istifadə edir. Bizdə isə imza günləri mərasim kimi keçirilir”. V.Bəhmənlinin fikrincə, ilk növbədə dəyərli kitabların imza günlərinın keçirilməsinə çalışmaq lazımdır: “Yoxsa əhəmiyyətsiz bir kitabın imza gününü keçirib dost və tanışlarını çağırmaq düz deyil. Onsuz da həmin yazarın ətrafı o müəllifi tanıyır və nə yazdığını bilir”. Bununla belə, V.Bəhmənli hesab edir ki, imza günlərinin dairəsi genişlənməlidir. Belə ki, kitab mağazaları, nəşriyyatlar, yayım evləri müəlliflərin imza günlərinin keçirilməsi ilə əlaqədar tədbirlərə ev sahibliyi etməlidirlər: “Bu, yalnız kitaba, kitabın yayımına və ədəbiyyatın təbliğinə xidmət edir».
V.Bəhmənli hesab edir ki, bütün müəlliflərin öz imza gününü keçirməsi də düzgün deyil. Belə ki, Yazıçılar Birliyi ali məktəblərin, AMEA alimlərinin kitabları üçün təhsil müəssisələrində imza günlərini keçirərdi. Çünki bu ədəbiyyat gənclər üçün çox vacibdir. Onlar bəzən bu ədəbiyyatı əldə edə bilmirlər. Biz ədəbiyyatı müasir cəmiyyətdə qorumalıyıq. İmza günləri də bunun bir variantıdır. Çünki informasiya mənbələri həddən artıq çoxdur. Ənənəvi qaydada çıxan kitablara indiki vəziyyətdə kömək etmək lazımdır. İmza günləri də bunun bir variantıdır. Məsələn, ola bilər ki, 300 nəfərlik bir zalda şairin görüşü keçirilsin və o, şeirlərinin təqdimatını etsin. Yaxşı olar ki, şair özü təqdimat etsin, şeirlərindən oxusun. Olsun ki, gələcəkdə bu variantlardan da istifadə olunacaq». V.Bəhmənli hesab edir ki, bu gün telekanallarda, mətbuatda müxtəlif mövzulara münasibət bildirilir. Ancaq kitab mövzusu gündəmdən düşməməlidir: «Hər şey kitabdan yaranır. Ona görə də onunla bağlı hər hansı bir tədbir müdafiə olunmalıdır».
Kitabın təbliğata ehtiyac var
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcidin fikrincə, yazıçılarla görüş ənənəsi sovet dövründə də olub. Belə ki, o zaman mərkəzləşdirilmiş sistem, ədəbiyyat fondu vardı və onun üzvləri fabrik və zavodlara, kolxoz və sovxozlara və digər müəssisələrə gedir zəhmətkeşlərlə görüşlər təşkil edirdilər. Bu gün də Yazıçılar Birliyi tərəfindən və Təhsil Nazirliyinin xətti ilə xüsusən məktəblərdə belə görüşlər keçirilir. İmza gününə gəlincə, yazıçı bildirdi ki, artıq 7-8 ildir ki, bu cür tədbirlər ölkəmizdə də təşkil olunur: “«Əli və Nino» mağazası, “Natəvan” klubu, həmçinin bir sıra başqa kitab evləri imza günləri təşkil edir. Məqsəd də kitabı təqdim etmək, həmçinin, pul verib kitabı almaq, yazıçıya imzalatmaq və onunla görüşdür. Burada daha çox məqsəd əsərin satılmasıdır. Düzdür, sovet dövründə yazıçılar və şairlərlə görüşmək bir qədər çətin idi, amma indi müəlliflər bu qədər ələçatımlı olublar”. R.Məcidin sözlərinə görə, indi tanınmayan yazarlar da imza günləri keçirir və başlarına dost-tanışlarını yığırlar: «Amma tanınmış yazıçıların imza günləri böyük maraqla keçməlidir. Məsələn, İstanbulda kitab sərgisində iştirak edərkən Əsra Erolun imza günündə 300-500 adamın növbəyə durduğunu gördüm. Belə müəlliflər daha maraqla qarşılanır”. Son vaxtlar kitabın təbliği və mahiyyəti ilə bağlı müxtəlif tədbirlər keçirdiklərini bildirən yazıçı, təhsil nazirinin də məktəblərdə ədəbiyyatın təbliği ilə bağlı əmr imzaladığını qeyd etdi: “Ümumiyyətlə, bizdə kitaba maraq azalıb. Hansısa formada bu marağı artırmaq lazımdır. İmza günlərini isə çox bəsitləşdiriblər. Çünki tanınmayan müəlliflərin də imza günlərini keçiririk. Ancaq bu da məqbuldur, başqa çarə yoxdur». R.Məcid imza günlərinin formatının dəyişdirilməsi ilə bağlı təkliflər eşitdiyini də etiraf etdi: «Çox vaxt deyirlər ki, gəlin təqdimatın formasını dəyişək. Bu, insanların özünün məsələyə yanaşmasından asılıdır. Məsələn, gənclər öz kitablarının təqdimatı ilə bağlı müxtəlif metodlar fikirləşir, insanları hansısa formada maraqlandırmağa çalışırlar. Azərbaycanda kitab satıb-almaq ənənəsini yenidən yaratmaq lazımdır. Çünki son 20 ildə kitaba pul verib almaq ənənəsi təfəkkürlərdən çıxıb. Çoxu elə bilir ki, yazıçı öz kitabını bağışlamalıdır. Bu baxımdan, imza günlərinin əhəmiyyəti odur ki, insanlar maddi şeylərə pul verdikləri kimi, kitabın da mənəvi dəyər olduğunu və ona əziyyət çəkildiyini başa düşsünlər». R.Məcidin fikrincə, bu gün kitabın təbliğata ehtiyac var. Bunu isə telekanallar daha çox həyata keçirməlidir: «Bu gün televiziyalar bədbəxtliklə, faciə ilə üzləşən insanları, yüngül adamları ekrana çıxarıb onların taleləri ilə oynamaq əvəzinə yazıçıları, onların əsərlərini təbliğ etməlidirlər. Ancaq kitabın təqdimatı yoxdur. Telekanallar kitabı və mütaliəni ümumiyyətlə, kənara qoyublar».
Ədəbi tənqid yoxdur
Yazar Sevinc Çılğın imza günlərinin keçirilməsinə normal yanaşır: «Bu, bütün dünyada belədir və mənim üçün məqbuldur. Amma bizdə kitab satışı və təşkili, oxucu marağı aşağı olduğundan ancaq imza günü ilə kifayətlənmək qənaətbəxş deyil. Bizdə oxucuların kitaba marağı yoxdur. Biz öz oxucularımızı bir-bir tanıyırıq. O qədər azdırlar ki, biz onları bir-bir qazanır və ünsiyyətdə oluruq. Buna görə də imza gününə gələnlərin yarısı bizim tanışlarımız və dostlarımız olur». Şairənin fikrincə, imza günləri bizdə bir növ xeyir-şər məclisinə çevrilib. Yəni, sən kimin imza gününə getmisənsə o da gəlir, getməmisənsə yox: “Çox təəssüf ki, belədir. Ancaq mənim kifayət qədər oxucularım var və tanımadığım adamlar da kitabımın imza gününə gəlmişdilər. Məhz mənim xətrimə yox, kitaba görə gələn insanlar da vardı. Yolun başında olduğum üçün bundan şikayət etməyə haqqım yoxdur». Yazarın sözlərinə görə, kitabın təbliğatı xatirinə hətta bəzən telekanalların qeyri-ciddi verilişlərinə də çıxmağa məcbur olur: «Bilirsiniz ki, ən çox baxılan verilişlər mətbəx verilişləridir. İnsanlar efirdə gördüyü adamın haqqında düşünürlər ki, əgər onu televiziyadan göstərirlərsə, demək yaxşı yazır. Mən də bu imkanlarımdan istifadə edirəm və şou, maqazin verilişlərinə çıxıram. Şeirlərimə mahnılar da yazıldığı üçün müğənnilərin bu cür reklamını da istəyirəm. Bəzən ədəbiyyatda şou adamı kimi görünməyə məcbur oluruq. Bütün bunları kitabın tanınması üçün edirəm. Bütün qeyri-ciddi addımları atıram ki, kitabım oxucunun əlinə çatsın. Oxucunun kitabı bəyənməsi isə sonranın işidir. Ancaq kitaba maraq çox aşağıdır. Bizim oxucumuz demək olar ki, həmkarlarımızdır. Biz bir-birimizi oxuyuruq. Bizdə imza günləri art kafedə, kitab evlərində və ya mağazalarda keçirilir». Sevinc Çılğın imza günlərini keçirilməsi ilə bağlı açıqlamaq istəmədiyi ideyalarının olduğunu da gizlətmədi: «İmza günlərinin keçirilməsi ilə bağlı ideyalarım var. Eksperimentlər etməkdən xoşum gəlir, amma onları reallaşdırmaq bir qədər maddi imkandan asılıdır. Bəlkə növbəti kitablarım üçün bunları həyata keçirə bilərəm. Ancaq növbəti kitab yazmaq haqqında hələ düşünmürəm. “Onsuz da kitab oxumurlar” fikri adam həvəsdən salır. Oxucu kütləmiz az olduğu üçün stimul yoxdur”. Şairə ədəbi tənqidin də susqun vəziyyətdə olmasından gileyləndi. “Kitabın təbliğində tənqidin də təsiri böyükdür. Odur ki, yaxşı və ya pis kitab haqqında tənqidçilər fikir bildirməlidirlər. Kitabın yaxşı tərəfini eşidən oxucu onu almağa həvəslənə bilər. Amma ədəbi tənqid yoxdur”.
Təranə Məhərrəmova