“Həmin vaxt MY cəhənnəm idi, dostum”
Pol Qaskoyn
Aleks Ferqyusonun dediklərinə münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Ferqyuson MY-nin təklifini qəbul edəcəyi təqdirdə, Qaskoynun
karyerasının fərqli olacağını deyib. 1988-ci ildə əfsanəvi futbolçu
"Tottenhem”lə "Mançester Yunayted” arasında seçim edib. O, daha əlverişli şərtlər
təklif edən "Tottenhem”i seçib. Qaskoyn Ferqyusona belə cavab verib:
"Aleks Ferqyuson
deyir ki, "Mançester Yunayted”ə keçsəydim, karyeram fərqli olardı. Yaxşı, Rio
Ferdinand dopinq-tesdən qaçdı. Erik Kantona azarkeşi vurdu.
Ueyn Runi yaşlı
qadını zorladı. Rayan Giqqz isə qardaşının həyat yoldaşı ilə yatdı. Həmin vaxt
MY cəhənnəm idi, dostum”.