AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Əgər UEFA bizi sevmirsə, cəhənnəmə ki, onlara göstərəcəyik”

“Əgər UEFA bizi sevmirsə, cəhənnəmə ki, onlara göstərəcəyik”

İdman
17 Fevral 2020, 12:13 1769
"Mançester Siti”nin  iki il müddətinə avrokuboklardan uzaqlaşdırılması komandanın düşərgəsində ruh düşkünlüyü yaradıb. 
Kaspi.az xəbər verir ki, "Siti”nin baş məşqçisi Xosep Qvardiola bu amili nəzərə alaraq futbolçularını ruhlandırıb. O, məşq zamanı motivasiya verən sözlərdən istifadə edib: 
 
"Məhz indi heç vaxt olmadığı kimi, onlara sübut etməliyik biz pul yox, talant hesabına uğur qazanırıq”.
 
Pepin mativasiyaedici çıxışından sonra futbolçuların əhvalının yüksəldiyi bildirilir. İngiltərə mətbuatı vurğulayır ki, hazırda "Siti”nin düşərgəsindəki durumu belə xarakterizə etmək olar: "Əgər UEFA bizi sevmirsə, cəhənnəmə ki, onlara götərəcəyik”. 
 
UEFA 2012-2016-cı illərdə sponsorlardan gələn gəlirlərin limiti aşdığı üçün "Mançester Siti”ni avrokuboklardan uzaqlaşdırıb. Klub İdman Arbitraj Məhkəməsinə müraciət etməyi planlaşdırır.