Ədəbi redaktənin çoxlarına naməlum çətinlikləri

Kitab sənayesi və nəşriyyat sahəsində “redaktorluq” prestijli peşəsidir. Bəziləri üçün bu çox kitab oxumaqla nail olunmuş üstünlük, sayılıb-seçilmək, söz demək imtiyazına sahib adamdır, bəziləri üçün isə lazımlı-lazımsız özünü məsləhət vermək məcburiyyətində hiss edən adamdır.
Hər yazarın ədəbi redaktora ehtiyacı var
Hansısa kitab evində “ədəbi redaktor” olmaq əslində işin məsuliyyətini dərk edənlərə narahatlıq gətirdiyi üçün özlərini bu şəkildə təqdim etməkdən çəkinirlər. Niyə? Çünki təcrübə sahibi redaktorlar bilir ki, bu işə girişmək istəyənlərin bəziləri onun ağırlığını və lazım olan keyfiyyətləri bilsə də, bəziləri, xüsusilə də nisbətən gənc olanlar ədəbi redaktorluğu qiraət hobbisinin davamı, onun bir hissəsi kimi görürlər. Nəşriyyatların “redaktə” şöbəsinə müraciət edənlərin əksəriyyətinin “oxumağı çox sevirəm” deməsi işin nə yerdə olduğunun nümunəsidir. İşə götürən redaktorlar və naşirlər redaktorluq üçün lazım olan qiraət həvəsini yüksək dəyərləndirsələr də, bu iş üçün oxumağı sevməyin kifayət etmədiyini anlamaq lazımdır.
Əslində, məsələnin dərinliyinə də çox girmək lazım deyil. Nəticədə ədəbi redaktorluq elə həvəsdən başlayan, qiraət zövqündən doğan, ordan qidalanan işdir. Lakin sonrakı mərhələdə uzun müddət müəllim-şagird münasibətləri yolu ilə qazanılacaq təcrübə tələb edən, bəzi şəxsi bacarıqların formalaşdırılmasına ehtiyac olan işdir. Bəzən elə fikir yaranır ki, oxumağı sevən, əsl kitab mütəxəssisi olan, əsərlər haqqında rəyləri əsla yanıltmayan, hətta kitabı işıq üzü görmüş insanlar da ədəbi redaktorluq edə bilər. Bu keyfiyyətlərə sahib olan insan daha uğurlu ədəbi redaktor ola bilər, amma təcrübə və lazımı bacarıqların formalaşdırılması, söz lüğətinin genişləndirilməsi mütləqdir. Bu da ola bilər ki, kimsə olduqca uğurlu yazıçı ola bilər, amma təcrübədən və sistemdən uzaq olduğu üçün yaxşı redaktor ola bilməz. Odur ki, nə qədər yaxşı yazıçı olursa olsun, hər yazarın ədəbi redaktora ehtiyacı var.
Dünya şöhrətli yazıçıların ədəbi redaktəyə münasibəti
Məsələnin başqa maraqlı tərəfi də var, dünyanın bütün nüfuzlu və uğurlu müəlliflərinin ədəbi redaktoru, bəzilərinin, romanla paralel, esse, hekayə və ya şeir yazanların, bir neçə ədəbi redaktoru var. Stiven Kinq ədəbi redaktorları ilə olduqca yaxın münasibət quran yazıçılardandır. Kinq ədəbi redaktorları haqqında danışarkən deyib: “Mən hər zaman kitabımı rahatlıqla ədəbi redaktora təslim edirəm. Nə olursa, olsun redaktorla işləməyə üstünlük verirəm, imkan olarsa, ikinci redaktor gözündən də keçirdirəm. Bu qətiyyən özümə və ya yazdıqlarıma inamsızlıq deyil, sadəcə boşluğun harda olduğunu ikinci və üçüncü göz tapsın istəyirəm. Nə deyirsiniz, deyin, çox nadir hallarda yazıçı öz əməyinin bəhrəsinə tənqidi gözlə baxmağı bacarır. Redaktor yazının “saçını darayıb, üst-başını düzəldir”. Bəlkə də, redaktorluq həqiqətən də budur.
Ceyms Fenton isə iddia edir ki, yazıya ədəbi redaktorun oxuması əsərin ən yüksək zövqlü oxucunun mütaliəsinə hazır olması deməkdir: “Nəyəsə redaktor qələminin dəyməsi ona yuxarı sinif baxış tətbiq olunduğu deməkdir. Bu, yazarın özünə inamını yeniləyir. Yazar özünü daha az narahat hiss edir. Hər şeyi oxucuya təqdim etməyə hazır hiss edirsən. Müəllifə yenidən yazmaq, yeni bir üslub sınamaq cəsarəti verir”.
Sözü bütün maddi maraqlardan üstün tutmaq
Axtarış həvəsi, dil bazası, qiraət hobbisi, lüğətlərlə işləmək bacarığı, hər gün yeni nəsə öyrənmək səbri – çətin işdir ədəbiyyat adamı olmaq, yazmaq, yazılanın yanlışını görmək, onu dəyişmək və düzəltmək cəsarəti göstərmək, sözü bütün maddi maraqların üstün tuta bilmək, oxucunun zövqünü korlayacaq əsərlərin nəşrinə “razılıq” verməmək. Çünki bu iş “Buyurun, əsərinizi redaktə edim” deməklə başa gələn deyil.
Nə qədər intizamlı, məsuliyyətli və cavabdeh olmağı sevən insansınızsa, hər sahədə olduğu kimi burada da irəliləmək və təkmilləşmək daha asan olacaq. Hər işin əsası intizam və məsuliyyətdir. Nə ilə məşğul olursunuzsa olun, hər bir iş həvəs, bilik və yüksək bacarıqla görüldüyü halda, bir müddət sonra peşəyə çevrilə bilər, siz onun sahibi olarsınız. Yalnız sahibi olduğunuz peşə haqqında danışa, kiminsə qabiliyyətini və ya əməyini müzakirə edə bilərsiniz. Əgər redaktə işinin peşəkarı, onun sahibi olmağı bacarsanız, bir müddət sonra işiniz, redaktə prosesi ilə bağlı bütün qaydaları, lazımları və qadağaları özünüz müəyyənləşdirəcəksiniz.
Ədəbi redaktorluq:
İndi isə sıra gəldi çatdı, əsl ədəbi redaktorluğa. Nəşriyyat və yayım işi ilə məşğul olan bütün novator və inkişafa meylli lider şirkətlərində ən çox hörmət edilən və axtarılan kadrlar olsalar da, bu gün hələ də ədəbi redaktorlara “ara işi görən işçi” gözü ilə baxılır. Yəni bu sənət hardasa girişən hər adamın öhdəsindən gələ biləcəyi işlərdən biri kimi qəbul edilir. Amma işin içində olan istənilən dinləyici və ya oxucu əlinə aldığı kitabın, qəzetin və ya dinlədiyi radio proqramın kimin qələmindən çıxdığını seçməkdə heç də çətinlik çəkmir. Seçilən ifadələr, qoyulan vurğular, təkrarlar, yanlış, doğru zamanlarda istifadə olunan elementlər sizə mətni “cilalayan”, onu oxuyan göz haqqında lazımı məlumatı verir. Bir kitabın iki redaktorun əlindən çıxmış versiyalarına nəzər salanda, təkcə dildən doğru istifadə qaydalarını yox, ondan hansı formada istifadə etdikdə daha bədii alındığını da aydınlaşdıra bilirsiniz. Dildən doğru istifadəni, düzgün yazı qaydaları və üslub tətbiqetmələrini yalnız yaxşı ədəbi redaktorun gözündən keçmiş əsərlər öyrədə bilər. Bəzən isə bədii əsərlər qəzet və radio redaktorlarına sırf üzərindəki “redaktor” ştatı üçün əmanət edilir, bu isə kökündən yanlış addımdır. Ədəbi redaktorlar xəbər və araşdırma yazılarını “sulandırdığı” kimi, media redaktorları da bədii əsəri “qurudurlar”. Bir zamanlar “başlıq qoyan”, “fikir müstəntiqi”, “söz radarı” kimi qəribə ifadələrlə şərh edilən bu peşə nəhayət ki, zamanla kəsb etdiyi əsl mənanın sahibi oldu.
Əslində “redaktə” ilə bağlı məsələnin hansı ucuna əl atsanız, altından yüzlərlə cavab tapmamış sual çıxır. Bir zamanlar qəzet və digər çap media orqanları bu problemi “daxili kadr təlimi” yolu ilə həll etməyə çalışırdı. Yəni, hardasa usta-şagird sistemi ilə redaktə işi ötürülürdü. Amma dünyanın hər yerindəki sürətli inkişaf, sənət sahələrinin tərkib hissələrinin bir-birindən ayrılması ilə ədəbi redaktorlara da tələbat artdı və bu gün bu iş ciddi məktəb tələb edir. Qarşına gələn fayla gözucu baxıb, nəşrə göndərməklə iş bitmir
Ədəbi redaktorlar hansı hallarla qarşılaşır
1. Kitabı önünüzə gəlmiş yazarın dərin keçmişi var. Siz onun əsərləri ilə tanış olmaya bilərsiniz, amma bir neçə kitab müəllifi olduğunu bilirsiniz. Əsla işə qarşınızdakı əlyazmanı redaktə etməklə başlamayın. Bu halda ədəbi redaktorun işi yazarın ən azı son iki əsərini oxumaqdan başlayır.
2. Artıq bir neçə əsərlə sözünü demiş yazıçılara ədəbi redaktorluq etmək çətindir. Yaradıcılığına bələd olduğunuz yazıçılara daha asan redaktorluq edə bilərsiniz. Çünki heç kim əsər haqqında yazdığınız 30-40 səhifəlik “düzəliş, məsləhət” yazısını nəzər alaraq, uzunmüddətli “yazıçılıq karyerası”nı saf-çürük etməyinizi istəməyəcək.
3. İlk əsərini təqdim edən yazıçılarla uzun fikir mübadilələri aparmaq lazım olur. Əsəri oxumazdan əvvəl onu yazıçının öz dilindən eşidin. Çünki ilk əsərində yazıçılar bəzən demək istədikləri şeyi ifadə etməkdə çətinlik çəkirlər. Ya da hekayəni dinlədikdən sonra oxuyanda anlayırsınız ki, yazıçının beynindəki hekayə ilə əlyazmadakı eyni deyil. Bu zaman ən böyük iş peşəkar ədəbi redaktorun üzərində düşür. Əlyazmanı yazarın beynindəki hekayəyə uyğunlaşdırmaq və ya bunun yollarını ətraflı izah edən bir yazı ilə yazıçıya geri göndərmək.
Nəşriyyatda ədəbi redaktor yeganə həm yazar, həm kitabla işləyən insandır. Qalan hamı yalnız kitabla işləyir – kitabın dizaynı, üz qabığı, nəşri, reklamı, satışı, marketinqi və s. Kitabı “yaxşı əl işi”, “hazır məhsul” halına gətirən prosesdəki ilk toxunuşun da müəllifi məhz ədəbi redaktordur. Amma ədəbi redaktorun işi kitabı nəşrə hazır vəziyyətə gətirməklə də bitmir. Kitabın nəşri və sonrasındakı prosesdə də – kitabın reklamı üçün ən yaxşı şüarın seçilməsində, üz qapağı üçün hekayəyə uyğun dizaynın tərtibatında, tanıtım üçün hazırlanan yazıda, imza günləri üçün tərtib olunan elanda, qəzetlər üçün hazırlanan təqdimat yazısında – redaktorun şəxsən iştirakı vacibdir. İşin uğuru isə ədəbi redaktorların nə qədər sərbəst işləyə bildiyindən bilavasitə asılıdır. Onlar nə qədər sərbəstdirsə, nəşriyyat da, yazıçı da bir o qədər uğur qazana bilər. Çünki əsərin və ya nəşriyyatın sahibi olmaq işi bilən adama nəyisə diktə etmək demək deyil. Kont Anton: “Mən maliyyə üzrə təhsil almışam. Qələm istehsal edən bir firmanın rəhbəri olmağım, qələmin necə istehsal olunduğunu bilməyimi tələb etməz. Mənim işim bu firmanı idarə etmək və maliyyə hesabatlarını izləməkdir. Mənim işim idarə etməkdir. İdarəçi işi yaxşı görənləri seçib, ətrafına yığa bilməlidir. Onlara iş öyrətmək lazım deyil, onlar nə edəcəklərini özləri bilirlər. Mənim yerimə oğlum keçəcək. Onun da qələmin necə istehsal olunduğunu bilməyinə ehtiyac yoxdur”.
İnternet materialları əsasında hazırlayan: Elcan Salmanqızı