AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deyir ki, hakimlərin 90 faizi “Real”a azarkeşlik edir

Deyir ki, hakimlərin 90 faizi “Real”a azarkeşlik edir

İdman
22 May 2020, 14:30 336
Sabiq FİFA referisi İturralde Qonsales ispan hakimlərin azarkeşliyi barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Qonsales hakimlərin, əsasən 2 komandaya azarkeşlik etdiyini deyib. O, "Real” tərəfdarı olan hakimlərin çox olduğunu iddia edib: 
 
"İspaniyalı hakimlərin "Real” və "Barselona”ya münasibəti necədir? 90 faizi "Real”a, 10 faizi isə "Barselona”ya azarkeşlik edir. 
 
Bunun "Barsa”nın xoşuna gəlib-gəlməyəcəyini deyə bilmərəm. Ancaq məlumdur ki, Kataloniyanı çıxmaq şərtilə, əhalinin 70 faizi "Real” tərəfdarıdır. 
 
Son vaxtlar "Barselona”nın tərəfdarlarının sayı artıb. Çünki gənclər Qvardiolanın qazandırdığı titullarla böyüdülər”.