AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək

İdman
15 Dekabr 2019, 14:39 223
Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək.
 
AZƏRTAC xəbər verir ki, mərhələnin iki görüşü bu gün, digər ikisi isə dekabrın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin birinci qarşılaşmasında "Qəbələ” komandası doğma meydanda "Sabah” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.
 
Saat 17:00-da başlayacaq ikinci qarşılaşmada "Səbail” və "Zirə” komandaları qarşılaşacaqlar. "ASCO Arena”da keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.
Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi dekabrın 16-da "Neftçi” – "Sumqayıt” oyunu ilə davam edəcək. Saat 18:00-da başlayacaq qarşılaşmada baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş "Bakcell Arena”da oynanılacaq.
 
Dörddəbir final mərhələsinə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” – "Keşlə” görüşü ilə yekun vurulacaq. Saat 20:00-da başlayacaq görüşün idarə olunması Səbuhi Bayramova tapşırılıb.
 
Xatırladaq ki, sonuncu yarışın finalında "Qəbələ” komandası "Sumqayıt” klubuna 1:0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.